Icma.az
close
up
RU
Toylarda kütləvi zəhərlənmələr artır Səbəb nədir?

Toylarda kütləvi zəhərlənmələr artır Səbəb nədir?

Icma.az, News24 saytına istinadən bildirir.

Son zamanlar toy məclislərində zəhərlənmə halları artıb. İyul ayında Kürdəmirdə 8 nəfər zəhərlənib. Sentyabrın 23-də isə İmişli rayonunun Muradxanlı kəndində keçirilən məclisdə iştirak edən 59 nəfər ertəsi gün qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, sentyabrın 24-də həmin şəxslərdən (25-i kişi, 34-ü qadın olmaqla ümumilikdə 59 nəfər, o cümlədən 9 uşaq) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara qeyri-infeksion enterit və kolit diaqnozu qoyulub, hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər isə iltizamnamə əsasında xəstəxanadan imtina edib.

Bəs belə zəhərlənmələr hansı səbəbdən baş verir və qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova News24.az-a açıqlamasında bildirib ki, zəhərlənmə halları daha çox ev şəraitində keçirilən məclislərdə müşahidə olunur:

“Xüsusilə paytaxtdan kənarda təşkil edilən toy və məclislərdə qidaların ev sahibinin özü tərəfindən hazırlanması ciddi risk yaradır. Qida təhlükəsizliyi qaydalarına əməl olunmaması, sanitar-gigiyena normalarının pozulması və saxlama şəraitinin düzgün seçilməməsi zəhərlənmələrin əsas səbəblərindəndir”.

Ekspertin sözlərinə görə, ən yüksək risk qrupuna aşağıdakılar daxildir:

"Bişmiş ət və tərəvəz kimi məhsulların bir-iki gün əvvəldən hazırlanması və soyuducuda saxlanılmaması, 

yüksək temperaturda saxlanılan yeməklər, salat və qarışıq yeməklərdə bişmiş ət ilə çiy tərəvəzlərin birlikdə istifadəsi, qidanı hazırlayan şəxslərin gigiyena qaydalarına əməl etməməsi, tərəvəzlərin yaxşı yuyulmaması və digər oxşar hallar". 

Mütəxəssis vurğulayıb ki, xüsusilə yay aylarında temperaturun yüksəkliyi qida məhsullarının daha tez xarab olmasına və kütləvi zəhərlənmələrin artmasına səbəb olur. Ən riskli məhsullar arasında salatlar və içərisində həm bişmiş ət, həm də tərəvəz olan yeməklər dayanır.

Mövzu ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə sorğumuza cavab olaraq bildirib ki, ev şəraitində hazırlanan qidalara agentlik cavabdehlik daşımır:

“Ev şəraitində hazırlanan qidalara vətəndaşlar özləri nəzarət etməlidirlər”.

Qurum vətəndaşlara bir daha xatırladıb ki, ev şəraitində hazırlanan qidaların istehlaka təqdim olunması zamanı saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət etmək mütləqdir.

Aqil Qarayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri