“Toyota” avtomobillərini geri çağırır
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
"Toyota" yanacaq sızması və mümkün yanğın riski səbəbindən ABŞ-da 105 794 avtomobili geri çağırır.
Banco.az xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) açıqladığı sənədlərə əsasən, geri çağırış 2024–2027-ci model illərinə aid müəyyən “Toyota Land Cruiser Hybrid” avtomobillərini əhatə edir.
Məlumata görə, yanacaq çəninin yaxınlığında yerləşən boru birləşməsinin ayrılması yanacaq sızmasına və nəticədə yanğın riskinin artmasına səbəb ola bilər.
Problemin aradan qaldırılması üçün səlahiyyətli servis mərkəzlərində avtomobillərin yanacaq borusu birləşmələri yoxlanılacaq. Zərurət yaranarsa, yanacaq borusu dəyişdiriləcək və əlavə sıxac quraşdırılacaq.
Geri çağırış çərçivəsində bütün təmir işləri ödənişsiz həyata keçiriləcək.
Məlumata əsasən, təsirlənən avtomobillərin sahiblərinə noyabrın 29-da bildiriş göndərilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 21 Oktyabr 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















