Toyota iki ildən sonra yenidən satış rekordunu yenilədi
Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
Yaponiyanın avtomobil nəhəngi olan "Toyota" 10,47 milyondan çox avtomobil sataraq son iki ildə ilk dəfə rekord göstəriciyə imza atıb.
Banco.az xəbər verir ki, şirkətin açıqladığı məlumatlara görə, satışların bu səviyyəyə çatması qlobal bazarlarda mövcud çətinliklər fonunda diqqət çəkir.
Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən və Yaponiya avtomobil sənayesi üçün həssas hesab olunan ticarət tarifləri belə bu artımın qarşısını ala bilməyib.
Bununla yanaşı, Yaxın Şərq bazarında geriləmə müşahidə olunub. Regiona ixrac kəskin şəkildə azalsa da, bu ümumi nəticələrə ciddi təsir göstərməyib. ABŞ və İsrailin hücumlarından sonra İran ətrafında artan gərginlik səbəbindən mart ayında ixrac 46,4% azalıb.
Ümumilikdə, şirkətin qlobal satışları 2% artıb. Daxili bazarda – Yaponiyada satışlar 2% azalaraq 1,48 milyon ədədə düşüb. Xarici bazarlarda isə artım davam edib və satışlar 2,7% yüksələrək 9 milyon ədədə çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Aprel 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















