Toyota və Lexus larda ciddi problem aşkarlandı
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-də "Toyota" və "Lexus"un 15 modeli geri çağırılıb.
Oxu.Az auto.ru-ya istinadən xəbər verir ki, 591 000 avtomobildə rəqəmsal alətlər panelinin qəfil nasazlığı aşkar edilib. Bu, sürücüləri vacib idarəetmə məlumatlarından məhrum edə bilər.
İstehsalçıya görə, elə hallar qəza riskini artırır.
Məlumata görə, displey ya mühərriki işə salarkən, ya da maşın sürərkən sıradan çıxa bilər. Dilerlər problemi əvvəlcə proqram təminatı yeniləməsi ilə həll etməyə çalışacaqlar. Əgər bu uğursuz olarsa, bütün panel dəyişdiriləcək.
Geri çağırılma "Toyota Crown", RAV4, "Camry", "Highlander", "4Runner" və "Tacoma", həmçinin "Lexus"un LS, RX və TX modellərinə aiddir. Bəzi avtomobillər 2024 və 2025-ci illərdə, digərləri isə 2023 və 2025-ci illərdə istehsal olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 20 Sentyabr 2025 03:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















