“Toyota” yenə ən çox satılan avtomobil oldu
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota Motor” şirkəti 2026-cı ilin birinci yarısında satış həcminə görə qlobal miqyasda lider mövqeyini qoruyub.
Yeniavaz.com xəbər verir ki, şirkətin rəsmi açıqlamasına görə, “Toyota Motor” “Daihatsu” və “Hino Motors” şirkətləri ilə birlikdə 5,39 milyondan çox avtomobil satıb.
“Toyota Motor”un əsas rəqibi olan Almaniyanın “Volkswagen Group” şirkətinin satışları isə hesabat dövründə təxminən 4,12 milyon avtomobil təşkil edib.
Yaponiya şirkəti ardıcıl yeddinci ildir ki, qlobal satışlarda birinci yeri tutur. Statistikaya görə, onun ən çox satılan avtomobilləri benzin-elektrik hibrid avtomobilləridir. Bununla belə, “Toyota Motor”un 2026-cı ilin yanvar-iyun aylarında satışları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8% azalıb. Bu, ilk növbədə Fars körfəzi böhranı fonunda Yaxın Şərqdə tələbatın zəifləməsi, eləcə də Çində satışların azalması ilə əlaqədardır.
Bu mövzuda digər xəbərlər:“Toyota” avtomobil satışında yenə dünya lideri oldu
30 Yanvar 2025 10:38
“Toyota” dünyanın ən dəyərli avtomobil istehsalçısı oldu FOTO
27 Yanvar 2025 18:30
Yaponiya nəhəngi dünyanın ən çox avtomobil satan şirkəti oldu TOYOTA nın İLLİK STATİSTİKASI
03 Fevral 2025 16:06
Toyota avtomobil istehsalını azaldacaq
24 İyun 2026 17:05
Toyota Rusiyada ən qiymətli brend oldu…
28 Mart 2025 21:25
Baxış sayı:69
Bu xəbər 31 İyul 2026 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















