Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Toyunda özünə şəhidlik arzulayan və arzusuna çatan igidimiz: Pəncəli Teymurov

Toyunda özünə şəhidlik arzulayan və arzusuna çatan igidimiz: Pəncəli Teymurov

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi bu gün 2016-cı il Şanlı Aprel döyüşlərində şəhid olan, Xüsusi Təyinatlı gizir Pəncəli Nurməhəmməd oğlu Teymurovun doğum günüdür. 

Adalet.az şəhid Pəncəli Teymurov haqqında maraqlı faktları təqdim edir:

 “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”- arzulayan Pəncəli Teymurov 1981-ci il martın 24-də  qarlı bir gündə Astaranın Əzərüd kəndində anadan olub. Atası ona dostu Pəncəlinin adını qoyub. Pəncəli orta məktəbi bitirdikdən sonra 1999-cu ildə hərbi xidmətə yollanıb. O, kəşfiyyatçı kimi hərb sənətinin sirlərini öyrənib. Hələ uşaq ikən Xocalı faciəsində ermənilərin azərbaycanlıları qətlə yetirməsindən sonra hərbçi olmağa və düşməndən qisas alacağına söz verir. Pəncəli 17 il Azərbaycan Ordusunda xidmət edir. 

Məqsədindəki qisas 2015-ci ildə baş verir. O, həmin il kəşfiyyat qrupu ilə 4 erməni zabitinin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq düşməni məhv edir. Bu hadisədən sonra ermənilər Pəncəlinin başına 1 milyard dram pul qoyurlar, amma nə qədər çalışsalar da onu ələ keçirə bilmirlər. Üstəlik ermənilər Pəncəlini tutmaq üçün pusquya salır, amma o isə 21 gündən sonra pusqudan çıxaraq düşməni təəccübləndirir. Bu əməliyyatına görə Pəncəli ölkə başçısı tərəfindən “İgidliyə görə” medalıyla təltif edilir. 


 

Deyilənlərə görə Pəncəli düşmən tərəfə keçərək erməni kafesində çay içdikdən sonra masanın üstünə Azərbaycan pulu qoyaraq oradan gedib. Pəncəli yeganə şəhiddir ki, öz toyunda özünə şəhidlik arzulayıb. Onun toyunu isə tanınmış müğənni Manaf Ağayev aparıb. O, 2013-cü ildə toyunda çıxışı zamanı bunları deyib:

 “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”. 

Bu çıxışından cəmi 3 il sonra, 2016-cı il Şanlı aprel döyüşlərində Pəncəli arzusunda olduğu şəhidlik zirvəsinə ucalır. Müğənni Manaf Ağayev Pəncəlinin yas mərasiminə gedir, məzarı başında “Vətən oğlu” mahnısını oxuyur. Müğənni əməkdaşımızla söhbəti zamanı deyib ki, Pəncəlinin toyunda ona verilən pulu yas mərasimində valideynlərinə qaytarmaq istəyib, amma şəhidin ata-anası buna razı olmayıb. Çox təəssüf ki, şəhidimiz ailə qursa da, övladı olmayıb.

Pəncəli xidmət etdiyi illər ərzində “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” ikinci dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli, “Azərbaycan Ordusunun 90 illik yubiley” medalı və “Azərbaycan Ordusunun 95 illik yubiley” medallarıyla təltif edilib. 

Bütün şəhidlərimizin ruhu qarşında baş əyirəm !                                                                                                                                             Əntiqə Rəşid                                                                                                                                                                                                               ( Yazarın arxivi - 2022)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Mart 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see147

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri