Icma.az
close
up
RU
Trabzonspor Onanaya qovuşdu

Trabzonspor Onanaya qovuşdu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Kapitanı və lideri Uğurcan Çakırı ''Qalatasaray''a satan ''Trabzonspor'' qapıçı mövqeyində yaranmış boşluğu ünlü bir isimlə doldurub.

"Football-plus.az" xəbər verir ki, Trabzon təmsilçisi uzun müddətdi danışıq apardığı ''Mançester Yunayted''in qapıçısı Andre Onananı birilliyə icarəyə götürüb.
Bu transferin maliyyə detalları da açıqlanıb. Qaradənizlilər ''Yunayted''ə icarə haqqı ödəməyəklər. Onanaya bir il üçün 3 milyon 510 min dollar maaş veriləcək. Bundan başqa, ona 1 milyon 755 min dollar imza parası da ödəniləcək. Müqavilədə heç bir daimi transfer və ya şərtə bağlı məcburi transfer maddəsi yoxdu. Buna görə də Onana mövsüm bitən kimi İngiltərəyə qayıdacaq.
Qısaca qeyd edək ki, ''Barselona''nın yetirməsi olan və peşəkar karyerasına ''Ayaks''da start verən 29 yaşlı qapıçı birillik ''İnter'' macərasının ardından 2023-ün yayında 50 milyon avroya ''Yunayted''ə transfer olunmuşdu. Amma onun İngiltərə macərasını uğurlu adlandırmaq çətindi. Türkiyəli qapıçı Altay Bayındırla rəqabətdə qalib gəlməsinə baxmayaraq, tez-tez sadə səhvlərə yol verən Onana mankunianların heyətində 102 rəsmi oyunda forma geyərək yalnız 24 qarşılaşmada qapısını toxunulmaz saxlaya bildi. Onananın indiki transfer dəyərinin 25 milyon avro olduğunu nəzərə alsaq, o, 2025/26-da Türkiyə çempionatının ən bahalı qapıçısı statusunda olacaq!
Onanaya qədər bu statusda olan qapıçı Ederson idi. Bu yaxınlarda ''Fənərbaxça''ya gələn braziliyalı qapıçının dəyəri 20 milyon avrodu. Onana eyni zamanda ''Trabzonspor'' tarixinin də ən dəyərli futbolçusuna çevrilib. Bu klubun buna qədər ən dəyərli oyunçuları 18 milyon avro ilə Simon Banza və Nikolya Pepe idi. Ayağı ilə oynamaq bacarığı ilə tanınan Onana Kamerun yığmasında 48 oyuna çıxıb. Onana ''Trabzonspor'' tarixinin 200-cü əcnəbi və 4-cü kamerunlu futbolçusuna çevrilib. Bu klubda daha öncə bu ölkədən Stefan Mbia, Riqober Sonq və Jan Jak Misse-Misse forma geymişdi. Trabzonda gül-çiçək və izdihamla qarşılanan Onananın ilk sözləri belə olub:

''Fanatların məni belə coşqulu şəkildə qarşılaması xoşuma gəldi. İnsanların sevgisini bu cür hiss etmək önəmlidi. Belə şeylər ilk gündən özünü evdəki kimi hiss etməyə yardım edir. Mən də tezliklə çalışmalara başlayıb onların bu sevgisinə cavab vermək istəyirəm. Bu həftə ''Fənərbaxça'' ilə oyun var. Belə oyunlara həmişə hazıram. Hər futbolçu belə matçlarda forma geymək istəyir. Rəqib güclü olsa da, biz də gücümüzün fərqindəyik. Danışıqlar prosesi çox yaxşı keçdi. Danışıqların necə başlaması yox, necə bitməsi önəmlidi. Altay Bayındırdan və başqalarından, təbii ki, ''Trabzonspor'' haqda məlumat topladım. Hamısı mənə klub haqda yalnız xoş sözlər söylədilər. Burda olmağımın səbəblərindən biri də məhz budu''.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:272
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri