“Trabzonspor”a 72 milyon avroluq futbolçu təklif olunub, lakin...
Icma.az, Mia.az saytına istinadən bildirir.
“Trabzonspor”a ispaniyanın “Atletiko Madrid” klubu tərəfindən gözlənilməz təklif gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki. İspaniya klubu bazar dəyəri 72 milyon avro civarında qiymətləndirilən Tomas Lemarın Qara Dəniz komandasının satın almasını istəyib.
Məlumata görə, lemarın mövqeyində bolluq yaşayan "Atletiko Madrid"in Baş məşqçisi bu mövsüm onu heyətdə görmək istəmir: "Bu səbəbdən illik 3 milyon avro maaş alan Lemardan qurtulmağa çalışırlar. Ancaq Türkiyə klubu da bu maaşı yüksək saydığından "hə" deməyib. Klub futbolçu ilə təmasa keçərək maaşından endirm istəyib. Əgər razılaşma olarsa, bu həftə bir illik müqavilə imzalanacaq"
Xatırladaq ki, 2018-ci ildə Fransanın “Monako” klubundan təxminən 72 milyon avroya transfer olunan Lemar “Atletiko Madrid”də 186 oyunda 11 qol vurub və 18 məhsuldar ötürmə edib.
Fərid ASLAN
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 28 İyul 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















