Icma.az
close
up
RU
“Trabzonspor”da bir əfsanəni digəri əvəzlədi

“Trabzonspor”da bir əfsanəni digəri əvəzlədi

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Trabzonspor”da 5-ci Şenol Günəş dönəmi başa çatdı. Evdə autsayder “Hatayspor”la oyunda qeydə alınan 1:2 hesablı sürpriz məğlubiyyətin ardından rəhbərliklə təcrübəli mütəxəssis əməkdaşlığı dayandırmaq qərarına gəldi.

Artıq yeni baş məşqçi bəllidi. Onun kimliyinə keçməmiş Günəşin əfsanəsi olduğu klubda işləməyə davam edəcəyini bildirək. 72 yaşlı futbol adamı ilə yollar qarşılıqlı şəkildə ayrıldığı üçün ona təzminat ödənilməyəcək. Günəş bundan sonra qaradənizlilərdə idman direkotru kimi çalışacaq.
Yeni məşqçi isə fanatların sevimlisi olan Fatih Təkkədi. 47 yaşlı bu mütəxəssisin təyinatı hələ sentyabrda baş tuta bilərdi. Amma həmin vaxt o, “Alanyaspor”un başında olduğundan rəhbərlik Günəşə üstünlük vermişdi. Təkkə əslən trabzonludu və futbolçu kimi klubun əfsanələrindən sayılır. 2004/05 mövsümündə bu klubun heyətində vurduğu 31 qolla Türkiyə çempionatının bombardiri olub. “Altyapı” dönəmini də nəzərə alsaq, o, bu klubda ümimilikdə 15 il keçirib. 2006-cı ildə 7,5 milyon avroya “Zenit”ə transfer olunan və futbolçu kimi əsas titullarını Rusiyada qazanan Təkkə beləcə 19 ildən sonra doğma klubuna məşqçi kimi qayıtdı. Məşqçi karyerasına isə o, 2015-də “Ərciyəsspor”da start verib. Daha sonra “Boluspor”, “Manisaspor”, “Dənizlispor”, “İstanbulspor”, “Bursaspor” və sonuncu dəfə “Alanyaspor”da çalışıb.
Təkkənin indiyə qədər məşqçi karyerasında ciddi uğuru yoxdu. Amma göründüyü kimi, o, buna qədər əsasən ortabab və aşağı liqa klublarında çalışıb. Belə klublarla isə uğur qazanmaq çətindi. Bununla belə, Təkkənin komandaları həmişə oyunu ilə diqqəti çəkib, zaman-zaman sürpriz nəticələrlə yadda qalıb. Ona görə də onun ilk dəfə iddialı və nəhəng klubda necə təsir bağışlayacağı maraq doğurur. Martın 11-də onunla 4,5 illik müqavilə imzalandı. Klubdan verilən açıqlamada Təkkənin illik qazancının 30 milyon lirə (təxminən 750 min avro) olacağı qeyd olunub. Hər növbəti ildə isə bu məbləğ 20 faiz artacaq. Fanatların ilk məşqdə Təkkəyə dəstək vermək üçün bazada izdiham yaratması diqqəti çəkib. Bu mütəxəssisi debüt matçında çox çətin sınaq gözləyir. “Trabzonspor” bu gün səfərdə “İstanbul BŞ” ilə qarşılaşacaq. Komandanın bu mövsüm superliqada səfərdə qələbəsi yoxdu (12 oyun, 5 heç-heçə, 7 məğlubiyyət). Qaradənizlilər tarixdə ilk dəfə superliqada mövsümün ilk 12 səfər oyununda qələbəyə həsrət qalıb. Bu sindrom Təkkənin ilk oyunundaca qırılsa, bunun psixoloji cəhətdən də komandaya böyük faydası dəyəcək. Yeri gəlmişkən, Fatih Təkkə klub tarixində həm futbolçu, həm də baş məşqçi kimi “Trabzonspor”a xidmət etmiş 13-cü isim oldu!
Bu günə qədər “Trabzonspor”da 12-si əcnəbi olmaqla 44 məşqçi çalışıb. Təkkədən öncə “bordo-mavililər”ə həm futbolçu, həm də məşqçi kimi xidmət edən isimlər bunlardı: Ahmet Suat Özyazıcı, Özkan Sümər, Şenol Günəş, Əli Kamal Dənizci, İlyas Akçay, Turqay Semercioğlu, İhsan Dərəlioğlu, Tolunay Kafkas, Hami Mandıralı, Şota Arveladze, Ünal Karaman, Hüseyn Çimşir. Bu siyahıya Sadi Təkəlioğlu ilə Ahmet Özəni də əlavə etmək olar. Amma onlar futbolçu kimi əsas komandada yox, “Trabzonspor”un “alt yapı”sında forma geyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2025 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri