Tractor un keçmiş futbolçusu özünü qurban verib Arvadı sağ imiş
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
İranda baş verən etirazlar zamanı Təbrizin "Tractor" klubunun keçmiş yarımmüdafiəçisi Müctəba Tarcizin öldürüldüyünü yazmışdıq.
"Unikal" xəbər verir ki, onun həyat yoldaşı ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən güllələndiyi bildirilirdi.
İran Beynəlxalq Təşkilatının məlumatına görə, Müctəba Tarciz həyat yoldaşı Arizə Mədanini qorumaq üçün özünü qurban verib. Belə ki, o, arvadını nişan alan silahın önünə keçib və birbaşa güllə yarası alıb.
"Tarciz həyat yoldaşı və qayını ilə birlikdə Tehranın qərbindəki Əndişe qəsəbəsində keçirilən etirazlarda iştirak edib, lakin repressiya qüvvələri tərəfindən mühasirəyə alınıb və çıxılmaz bir küçədə hədəfə alınıb. Silahlılar əvvəlcə Mədaniyə atəş açıblar, lakin Tarciz arvadını qorumağı bacarıb.
Nəticədə keçmiş futbolçunun ağciyəri deşilib və o, bir neçə dəqiqə sonra arvadının qucağında ölüb.
Mədani və qardaşı atışmadan sağ çıxıblar.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 16 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















