Icma.az
close
up
RU
“TRAKTOR SAZİ” Bir futbol klubundan daha artığı (VİDEO)

“TRAKTOR SAZİ” Bir futbol klubundan daha artığı (VİDEO)

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, İran Pro Liqasının 2024/2025 mövsümünün çempionu Cənubi Azərbaycanın Təbriz şəhərini təmsil edən “Traktor-Sazi” klubu olub. “Şəms Azər” komandasını 4 cavabsız qolla məğlub edən "Traktor" çempionatın bitiminə üç həftə qala ilk dəfə İran çempionu olub.

Məlumat üçün bildirək ki, 1970-ci ildə Təbrizdə fəaliyyət göstərən Traktor zavodu tərəfindən qurulan klub, ilk illərdə məhdud imkanlarla fəaliyyət göstərsə də, zamanla bölgənin ən güclü futbol komandalarından birinə çevrilib. Həmin dövr üçün əsas məqsəd həm bölgənin gənclərini idmana yönəltmək, həm də Güney Azərbaycanın sosial-mədəni həyatında milli bir oyanış yaratmaq idi. 1980-1990-cı illərdə "Traktor" əsasən ikinci və üçüncü liqalarda mübarizə aparırdı. Lakin 2009-cu ildə İran Pro Liqasına vəsiqə qazandıqdan sonra klubun tarixi tamamilə dəyişdi. Bu dövrdə azarkeşlərin sayı sürətlə artdı, Təbriz stadionları dolmağa başladı və "Traktor" artıq sadəcə bir futbol klubu yox, bir millətin səsi və simvolu olaraq qəbul edildi.

"Traktor Sazi"nin böyük uğurları və çempionluğa aparan yol

Qeyd edək ki, bu günədək "Traktor" bir neçə dəfə İran Pro Liqasında ikincilik və üçüncülük qazanıb:

- 2011–2012 mövsümündə: 2-ci yer;

- 2012–2013 mövsümündə: 2-ci yer;

- 2014–2015 mövsümündə: 2-ci yer;

- 2013–2014 mövsümündə: İran Kuboku Çempionu;

Bu uğurlar azarkeşləri sevindirsə də, klubun əsas hədəfi həmişə birinci yeri – çempionluğu qazanmaq olub. Nəhayət ki, 2025-ci ildə bu hədəf reallığa çevrildi. Mövsüm boyunca stabil oyun göstərən komanda həm hücumda, həm müdafiədə balanslı çıxış etdi. Baş məşqçi və rəhbərlik düzgün transfer siyasəti apararaq həm yerli, həm də xarici təcrübəli futbolçuları komandaya cəlb etdilər. Nəticədə, mövsümün sonuna 3 tur qalmış "Traktor" öz çempionluğunu rəsmiləşdirdi.

"Traktor" azarkeşləri

"Traktor"un ən böyük gücü onun azarkeş ordusudur. Təbrizin “Səhənd” stadionu hər oyunda 70 mindən artıq tamaşaçı ilə dolur. Bu stadion təkcə futbol meydanı deyil – burada bir millətin ruhu, həyəcanı, sevgisi və çağırışı var. Oyundan əvvəl və sonra səslənən “Yaşasın Azərbaycan!”, “Traktor – millətin qürurudur!” şüarları bu klubun milli kimliklə necə iç-içə olduğunu göstərir. Azarkeşlər yalnız Təbrizdə deyil – Urmiyə, Ərdəbil, Zəncan, Həmədan, Qəzvin və Tehranda yaşayan milyonlarla azərbaycanlı da bu komandaya könül verib. Oyun günləri şəhərlərdə həyat sanki dayanır, hər kəs "Traktor"un oyununu izləməyə yönəlir.

"Traktor" və Azərbaycan arasındakı dərin bağ

"Traktor Sazi" uzun illərdir ki, Quzey Azərbaycanda da böyük maraqla izlənilir. Burada da klubun azarkeşləri var, oyunlar sosial şəbəkələrdə müzakirə edilir, bəzi kafelərdə birbaşa yayımlar təşkil olunur. Hər iki tərəfdəki azərbaycanlılar "Traktor"un uğurlarını ortaq milli qürur kimi qəbul edirlər. Təbriz stadionunda Azərbaycan Respublikasının bayraqlarının dalğalanması bu bağlılığın ən gözəl göstəricisidir. "Traktor" oyunları təkcə futbol baxımından deyil, azərbaycanlıların türkcə danışmaq, milli mədəniyyətini ifadə etmək üçün bir platformaya çevrilib. Stadionda səslənən türkcə şüarlar, oxunan bayatılar və marşlar, Azərbaycan musiqisinin səsləndirilməsi bu klubun idmandan daha artıq bir mənaya sahib olduğunu göstərir. Şübhəsiz ki,"Traktor" azərbaycanlıların dil, kimlik və mədəniyyət uğrunda simvolik mübarizəsinin bir parçasıdır.

Klub rəhbərliyi artıq Asiya Çempionlar Liqasında uğurlu çıxış üçün hazırlıqlara başlayıb. Məqsəd yalnız İranda deyil, Asiya səviyyəsində də rəqib tanımamaqdır. Eyni zamanda klubun altyapı sistemini gücləndirmək, bölgənin istedadlı gənclərini üzə çıxarmaq prioritet hədəflər sırasındadır.

"Traktor" Güney və Quzey Azərbaycanın ortaq səsi, bir millətin sevgisi və gələcəyə olan ümididir. Bu uğur, təkcə Təbrizin, ya da Güney Azərbaycanın deyil – bütün Azərbaycan türklərinin qələbəsidir. Bu qələbə, illərlə davam edən mübarizənin, sədaqətin, azarkeş sevgisinin və milli ruhun təntənəsi idi.

Təbriklər, "Traktor"! Təbriklər, Azərbaycan!

E. Bəyməmmədli

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 May 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri