Icma.az
close
up
RU
“Traktor” tarix yazdı: Təbriz klubu ilk dəfə İran çempionu oldu

“Traktor” tarix yazdı: Təbriz klubu ilk dəfə İran çempionu oldu

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dünyada “Traktor” qədər ev oyununda stadionuna azarkeş toplayan klub yoxdur. Təbriz təmsilçisi 120 min tərəfdarının qarşısında meydana çıxmağa imkan tapıb. Mayın 2-də isə “Traktor” səfərdə tarix yaza bilib. Komanda Qəzvində “Şəmsazar”ı 4:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə İran çempionu olub.

Bizimyol.info xəbər verir ki, “Traktor” qolların üçünü birinci hissədə vurub. Hesabı 2-ci dəqiqədə Domaqoy Drojdek açıb. Klubun 29 yaşlı xorvat hücumçusu sonradan hissə ərzində dubl etməyi də bacarıb. İlk 45 dəqiqədə bir qolu isə Əmirhüseyn Hüseynzadə adına yazdırıb. Fasilədən sonra da təbrizlilər üstün görünüb. Oyunun sonlarında Rikardo Alves penaltini dəqiq yerinə yetirib.

“Traktor” İran çempionatının başa çatmasına iki tur qalmış çempionluğu rəsmiləşdirib. Bu işdə ən yaxın izləyicisi olan “Sepahan”ın 28-ci turda büdrəməsi də köməyə çatıb. İsfahan klubu öz meydanında “Qol Qohar”a uduzmaqla şansı əldən verib.

“Traktor” son illər İran çempionatında yaxşı çıxış etsə də, heç medal belə, qazana bilmirdi. Təbriz klubu hətta dördüncü yerin daimi sakini kimi tanınmağa başlamışdı. 2012-2017-ci illərdə isə 4 medal əldə etmək mümkün olmuşdu.

İranda ən çox “Persepolos” çempion olub. Tehran komandası 16 dəfə çempionatı birinci yerdə başa vurub. Paytaxtı təmsil edən digər klublardan “Esteqlal” 9, “Pas Tehran” 5 dəfə fəxri kürsünün ən yüksək pilləsində görünməyi bacarıb. Daha çox azərbaycanlıların yaşadığı şəhərlərdən yalnız İsfahan çempion klub ortaya çıxara bilmişdi. Məhz “Sepahan” indiyə qədər 5 dəfə qızıl medal almışdı.

Təbriz klubunun çempionluğu Azərbaycanda böyük sevinclə qarşılanır. Yaxın günlərdə sosial mediada bu barədə çox yazılacağını indidən təxmin etmək olar. Hətta “Traktor”un oyunlarına baxmaq üçün Azərbaycandan Təbrizə gedən həmvətənlərimiz var. Cənubi Azərbaycan təmsilçisinin gələcəkdə daha böyük uğurlar əldə edəcəyinə inanırıq.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 May 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri