Tramp 1 oktyabr tarixindən idxal dərmanlarına 100% rüsum tətbiq edəcək
Icma.az, Marja.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, 1 oktyabr 2025-ci ildən etibarən ölkəyə gətirilən bütün “brend və ya patentli dərman məhsullarına” 100 faiz gömrük rüsumu tətbiq olunacaq.
MArja xəbər verir ki, Trampın sözlərinə görə, bu addım ABŞ-da istehsal zavodu quran şirkətlərə şamil edilməyəcək. O, həmçinin istisnaların artıq tikintisinə başlanmış layihələri də əhatə edəcəyini vurğulayıb.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
“Əgər zavodun tikintisinə start verilibsə, həmin dərman məhsullarına rüsum tətbiq olunmayacaq”, – deyə prezident Truth Social platformasında yazıb.
Bu qərar, Trampın eyni gündə açıqladığı digər gömrük tədbirləri ilə yanaşı elan edilib. 1 oktyabrdan etibarən ABŞ-a idxal olunan ağır yük maşınlarına 25 faiz, “mətbəx və vanna otağı şkafları və onlarla bağlı məhsullara” isə 50 faiz gömrük rüsumu qoyulacaq.


