Tramp 12 ölkədən ABŞ a səfərləri qadağan edən bəyannamə imzalayıb
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaşinqton, 5 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsas gətirərək 12 ölkədən vətəndaşların ABŞ-a səyahətinin qadağan edilməsi haqqında bəyannamə imzalayıb.
AZƏRTAC-ın məlumatına görə, bəyannaməyə əsasən qadağa tətbiq edilən 12 ölkə Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndir.
Yeni sənədə görə qanuni daimi sakinlərə, mövcud viza sahiblərinə, müəyyən viza kateqoriyalarına və girişi ABŞ-ın milli maraqlarına xidmət edən şəxslərə istisnalar tətbiq edilmə imkanı mövcuddur.
Daha 7 yeddi ölkədən, yəni Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesueladan səfərlər qismən məhdudlaşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 05 İyun 2025 05:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















