Tramp 25 milyon dollar müqabilində Metaya qarşı iddiasından imtina etdi
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Meta ilə razılaşma əldə edib və şirkətin kompensasiya ödəməyə razı olduğu bildirilib.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” yazır ki, adı açıqlanmayan mənbələr Trampla Meta arasında razılaşmanın təfərrüatlarını çatdırıblar.
Mənbələr, Metanın Trampın Facebook hesabının bağlanması ilə bağlı açdığı iddianın bir hissəsi olaraq təxminən 25 milyon dollar ödəməyə razı olduğunu bildirib.
Həmçinin Meta-nın ödəyəcəyi pulun 22 milyon dollarının Trampın prezident kitabxanasına, qalan pulun isə işdə iştirak edən digər şəxslərə və vəkillik xərclərinə ayrılacağı qeyd olunub.
NBC News-un məlumatına görə, Facebook, Instagram və WhatsApp-ın çətir şirkəti olan Meta, federal məhkəməyə işdə barışıq əldə edildiyi barədə məlumat verib.
Meta-nın kommunikasiyalar üzrə direktoru Endi Stoun 25 milyon dollar ödəniləcəyi bildirilən müqavilənin şərtlərini təsdiqləyib.
Bildirək ki, Mark Zukerberq seçkilərdəki qələbəsindən sonra Trampla görüşüb, onun andiçmə mərasiminə 1 milyon dollar bağışlayıb , daha sonra yanvarın 20-də Kapitoliyada keçirilən şənliklərdə iştirak edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 30 Yanvar 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















