Icma.az
close
up
RU
Tramp 3 cü dəfə prezident olmaq istəyir: ABŞ tarixində bir ilk gerçəkləşəcəkmi?

Tramp 3 cü dəfə prezident olmaq istəyir: ABŞ tarixində bir ilk gerçəkləşəcəkmi?

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


ABŞ-də növbəti Prezident seçkilərinə iki ildən bir qədər artıq vaxt qalmasına rəğmən, artıq bir çoxları həmin yarışa qoşulacaqlarını bəyan etməyə başlayıblar.

Qəribəsi odur ki, bu istəyini bəyan edənlər arasında hazırkı Prezident Donald Tramp son zamanlar daha çox canfəşanlıq edir. Tramp bu günlərdə ABŞ prezidenti kimi dördüncü dəfə namizəd olmaq niyyətini elan edib.

Amma ABŞ Konstitusiyası bir şəxsin iki dəfədən artıq Prezident olmasını qadağan edir.

Bununla belə, iddialara görə, Trampın istəyinin gerçəkləşməsinin başqa yolları da var. Bəzi ekspertlərin fikrincə, növbəti seçkilərdə Tramp namizədliyini verməyə, Prezident və vitse-prezident partiyasından başqaları ola bilər. Tramp isə partiyasının çoxluq qazanması ilə qanunverici orqanın rəhbərliyinə gətirilə və sonradan Prezident və ardınca vitse-prezidentin istefası ilə dövlət başçısı vəzifəsini icra edə bilər.

Amma əsas məsələ odur ki, ABŞ kimi bir ölkədə bunu etmək mümkündürmü?

Beynəlxalq münasibətlər üzrə ekspert Elşən Mustafayev Bakupost.az-a bildirib ki, ABŞ-də Donald Trampın 2028-ci ildə Nümayəndələr Palatasının sədri olaraq sonradan üçüncü müddətə Prezident kürsüsündə əyləşməsi proseduru nəzəri cəhətdən mümkündür.

Bununla belə, müsahibimizin sözlərinə görə, onun praktik baxımdan həyata keçməsi imkanları mümkünsüzdür:

“Çünki Amerika siyasi sistemində indiyə qədər belə bir hadisə baş verməyib. Bu ancaq həmin şəxsin Amerika dövləti üçün böyük işlər görməsi və cəmiyyətin mühüm hissəsi tərəfindən sevilən, qəbul olunan birisi olması fonunda mümkün ola bilər. Sorğular isə göstərir ki, Trampın Amerika cəmiyyətindəki nüfuzu yuxarıda qeyd edilən səviyyəyə yaxın belə deyil. Bu isə Trampın başqa yollardan istifadə etməklə üçüncü dəfə Prezident olmaq istəyini imkansız edir”.

Ekspertə görə, prosesə həmçinin, aralıq seçkilərinin nəticələri də təsir göstərə bilər:

“Gələcək Konqres və Senatda sədrlikdən söhbət gedirsə, ilk növbədə partiya olaraq Trampın komandası həmin qanunverici orqanlarda çoxluq əldə etməlidir”.

Həmsöhbətimiz deyilənlərə rəğmən, Trampın növbəti Prezidentlik müddətində ümumiyyətlə maraqlı olmadığı qənaətindədir:

“Daha doğrusu istəyər. Amma bilir ki, bu mümkünsüzdür. Bir nəfərə görə, Amerika cəmiyyəti buna getməz. Teodor Ruzvelt dövründə müharibə ilə bağlı olaraq məcburən onun 4 dəfə seçilməsinə imkan verildi. İndiki halda isə hərbi vəziyyət yaranarsa, seçkilər təxirə salınar və Prezidentin səlahiyyət müddəti artırıla bilər. Amma bu günki vəziyyətdə bu mümkün deyil”.

E. Mustafayev hesab edir ki, Amerika cəmiyyəti də buna hazır deyil:

“Nəinki hazır deyil, belə yanaşmanı əksəriyyət ümumiyyətlə eşitmək belə istəmir”.

Rüfət Sultan,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 İyul 2026 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see226

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see224

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see224

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see223

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see217

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see212

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see207

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see203

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see189

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see188

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see186

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see184

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see178

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see174

“Onun çiyinlərində görmək istədiyimiz o poqonlara inşallah, mən çataram” Videomüsahibə

26 Sentyabr 2026 23:04see171

Pul əldə etdikdə dəyişən 4 BÜRC

26 Sentyabr 2026 23:10see171

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see170

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see168

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see167

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri