Icma.az
close
up
RU
Tramp 41 il əvvəlki qərarı təkrarladı, iki düşmənə yaşıl işıq yandı Dünya üçün yeni təhdid

Tramp 41 il əvvəlki qərarı təkrarladı, iki düşmənə yaşıl işıq yandı Dünya üçün yeni təhdid

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin UNESCO-dan çıxmaq qərarını açıqlayıb. Bu, Vaşinqtonun təşkilatdan ilk ayrılması deyil. ABŞ 1984-cü ildə Ronald Reyqan dövründə də təşkilatdan çıxmış, 2003-cü ildə qayıtmışdı.

Hətta Trampın ilk prezidentliyi dövründə, 2018-ci ildə ABŞ bir daha təşkilatdan ayrıldı və yalnız 2023-cü ildə geri döndü.  Maraqlıdır ki, Tramp daha öncə də BMT və NATO-dan çıxmaq ideyalarını gündəmə gətirmişdi. Bu kimi addımlar ABŞ-ın qlobal rolu və beynəlxalq əməkdaşlığa yanaşması ilə bağlı ciddi suallar doğurur.

Ağ Ev rəhbərinin UNESCO qərarının səbəbi nədir? Tramp beynəlxalq təşkilatlarla əməkdaşlıqdan niyə çəkinir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşalızadə deyib ki, Donald Tramp radikal sayıla biləcək qərarlar verməyə davam edir:

“Tramp fəaliyyətə başladığı gündən etibarən, ümumilikdə ABŞ-ın xaricə istiqamətlənən siyasi xəttinin əksinə olaraq daxilə qapanmağa və iqtisadi gündəmlə məşğul olmağa üstünlük verir. Bir çox beynəlxalq təşkilatlarda üzv kimi təmsil olunmağı isə sadəcə israfçılıq hesab edir.

Bu baxımdan, UNESCO-dan çıxmaq qərarı da sürpriz olmadı. Hətta ara-sıra ABŞ-ın NATO, BMT kimi ciddi siyasi və hərbi əhəmiyyətə malik təşkilatlardan çıxacağı barədə mətbuatda müəyyən məlumatlar paylaşılır. Fikrimcə, bu kimi addımlar Vaşinqtonun bir qlobal güc olaraq nüfuzuna ciddi zərbə vurur. Çin və Rusiya kimi geopolitik güc mərkəzlərinə isə xeyli manevr imkanı yaradır”.


Elvin Baxşalızadə

Ekspert əlavə edib ki, Tramp və komandası qeyd olunan məqamları bilsələr də, ciddi narahatlıq keçirmirlər:

“Çünki komandanın əsas hədəfi ABŞ iqtisadiyyatını gücləndirmək və Çinlə iqtisadi-texnoloji rəqabətdə ciddi üstünlük əldə etməkdir. Bu baxımdan, hazırkı administrasiyanın fəaliyyəti uğurlu sayılır. ABŞ-ın əsas iqtisadi göstəriciləri son dövrlərdə müsbət dinamika nümayiş etdirir. Texnoloji kontekstdə isə Çinlə rəqabət daha da kəskinləşir. Rəqabətin artması Ağ Ev rəhbərinin bu məsələyə diqqətini artırmasına səbəb olur.

ABŞ prezidentinin gözündə beynəlxalq təşkilatlar sanki oyundankənar vəziyyətə düşüb. Bu gedişat həm Vaşinqton, həm də bütün dünya üçün yeni geopolitik situasiya yaradır və mövcud güc balansını təhdid edir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 İyul 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri