Icma.az
close
up
RU
Tramp ABŞ Ali Məhkəməsinə müraciət edib

Tramp ABŞ Ali Məhkəməsinə müraciət edib

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-də Prezident Donald Tramp administrasiyası, bölgə məhkəməsinin məcburi etdiyi təxminən 12 milyard dollarlıq xarici yardım ödənişlərinin dayandırılması üçün Ali Məhkəməyə müraciət edib.

"Cebheinfo.az” “CNN”-ə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi daha əvvəl Vaşinqton Bölgə Məhkəməsinin təxminən 12 milyard dollarlıq xarici yardımların ödənilməsini məcburi edən qərarına etiraz etmək üçün Ali Məhkəməyə müraciət edib.

Nazirliyin müraciətində qeyd olunub ki, apellyasiya məhkəməsinə müraciət edilməsinə baxmayaraq, bölgə məhkəməsinin xarici yardımların ödənilməsinə dair qərarı qüvvədə qalmaqla “özünü xərclərin və ləğv təkliflərinin nəzarətçisi kimi yerləşdirdiyi” irəli sürülüb.

Müraciətdə həmçinin vurğulanıb ki, xarici yardımların ödənilməsi qərarı Tramp administrasiyasının xarici siyasətinə “uyğun gəlmir və zərər vurur” və 2 sentyabra qədər Ali Məhkəmədən bu ödənişlərin dayandırılmasının təmin olunması tələb edilib.

Trampın fondların kəsilməsinə dair qərarından sonra qlobal səhiyyə və HIV/AIDS proqramlarına yönəlik milyardlarla dollarlıq xarici yardım fonduna çıxış üçün həmin fondlardan yararlanan qeyri-hökumət təşkilatları məhkəməyə müraciət etmişdilər.

Vaşinqton Bölgə Məhkəməsi, iş çərçivəsində Tramp administrasiyasının təxminən 12 milyard dollarlıq fondun ödənilməsi qərarını qəbul etmişdi, administrasiya isə bu barədə apellyasiya məhkəməsinə müraciət etmişdi. Apellyasiya məhkəməsi isə konqresin təsdiq etdiyi xərclərdə dəyişiklik edilməsinin yalnız qanunverici orqanın hökumətə qarşı iddia qaldırması ilə mümkün olduğunu bildirərək, qeyri-hökumət təşkilatlarının açdığı iş üzrə qərarı etibarsız elan etmişdi.

Daha sonra, işin hələ də baxılma mərhələsində olduğu federal apellyasiya məhkəməsinin xərcləri dayandırma qərarı qəbul etməməsi səbəbindən bölgə məhkəməsinin Tramp administrasiyası əleyhinə verdiyi qərar qüvvədə qalıb. Xatırladaq ki, Tramp 20 yanvarda prezidentlik vəzifəsinə başlamasından dərhal sonra xarici yardımlarla bağlı fərman imzalamışdı.

Fərmanda qeyd olunurdu ki, ABŞ-nin xarici inkişaf yardımı proqramlarına cavabdeh bütün nazirlik və qurumların digər ölkələrə edəcəyi ödənişlər dayandırılır, proqramın ABŞ xarici siyasəti ilə uyğunluğunu qiymətləndirmək üçün isə 90 günlük araşdırma müddəti başlanır.

ABŞ Dövlət Departamenti də 27 yanvarda Nazirlik və USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlamışdı.

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri