Icma.az
close
up
RU
Tramp ABŞ Dövlət katibi vəzifəsinə namizədin adını açıqladı

Tramp ABŞ Dövlət katibi vəzifəsinə namizədin adını açıqladı

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun Dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda deyilir.

“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, - deyə mətndə qeyd olunur.

Prezidentin təklif etdiyi namizədlərin, o cümlədən Dövlət katibi vəzifəsinə təsdiq edilməsi proseduru Senatın təsdiqini tələb edir. Namizədliyin irəli sürülməsindən sonra yuxarı palatanın müvafiq komitəsində dinləmələr keçiriləcək, burada qanunvericilər ərizəçinin ixtisas və vəzifələrini müzakirə edəcəklər. Namizədlik daha sonra təsdiq üçün Senata təqdim ediləcək.

Marko Rubio (tam adı - Marco Antonio Rubio) 28 may 1971-ci ildə Mayamidə kubalı mühacir ailəsində anadan olub. İki ali təhsili olan Rubio 1996-cı ildə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Bob Doulun seçki qərargahında işləyib.

1998-ci ildə Qərbi Mayami Şəhər Şurasına üzv seçilib. 2000-ci ilin yanvarında Florida Nümayəndələr Palatasına erkən seçkilərdə qalib gəlib və dörd dəfə seçkilərdən qalib ayrılıb.

2010-cu ildə Marko Rubio ilk dəfə ABŞ Senatına seçilib. 2016-cı ildə Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürüb, lakin praymeriz zamanı namizədliyini geri götürüb. Donald Trampın rəqibi olduğu seçki kampaniyası zamanı bir-birini kəskin tənqid etsə də, partiyanın qurultayında Tramp vahid namizəd kimi təsdiqlənəndə Rubio onu dəstəkləyib.

Senator iqtisadi və sosial siyasətlə bağlı mühafizəkar fikirləri ilə tanınır. Rubio hökumət xərclərinin azaldılması və müdafiə xərclərinin artırılmasının tərəfdarıdır və Obamacare tibbi sığorta proqramına qarşıdır.

O, aborta, gey nikahına, marixuananın leqallaşdırılmasına və silaha nəzarətin artırılmasının əleyhinədir. Əvvəlcə senator, ABŞ-da qeyri-qanuni miqrantların mərhələli şəkildə leqallaşdırılmasının lehinə danışsa da, sonradan öz fikrini dəyişib və sığınacaq qaydalarını sərtləşdirməyə, ABŞ-ın Meksika ilə sərhədini gücləndirməyə çağırıb.

Siyasətçi həmçinin, iqlim dəyişikliyinin insan fəaliyyəti ilə bağlı olduğuna inanmır və alternativ enerji mənbələrinə keçidin tərəfdarı deyil.

Rubio NATO-nun Liviyadakı hərbi əməliyyatını (2011), Səudiyyə Ərəbistanının Yəmənə hərbi müdaxiləsini (2015) və Vaşinqtonun Tehranla “nüvə sazişi”ndən çıxmasını (2018) dəstəkləyib.

BMT-nin təklif etdiyi Fələstin-İsrail münaqişəsinin “iki xalq üçün iki dövlət” prinsipi əsasında həlli konsepsiyası ilə razı olmayan siyasətçi Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması qərarını alqışlayıb (2017), İsrailə hərbi yardım edilməsinin vacibliyini vurğulayıb.

O, Çini cilovlamaq üçün Asiya-Sakit okean regionunda ABŞ-ın hərbi mövcudluğunu artırmağı təklif edib və İran, Suriya, KXDR-ə qarşı sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.

2022-ci ildə o, Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı pisləyib. Eyni zamanda Rubio münaqişəyə danışıqlar yolu ilə son qoyulmalı olduğuna inanaraq, Ukraynanın NATO-ya daxil olmasına qarşı çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 14 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri