Tramp: ABŞ ın iki nüvə sualtı qayığı lazım olan bölgəyə çatıb
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Report"un məlumatına görə, bu barədə amerikalı lider Bedminsterdən (Nyu Cersi) Vaşinqtona uçmazdan əvvəl jurnalistlərə bildirib.
"Onlar artıq regiondadırlar, lazım olan yerdədirlər”, - Tramp bildirib.
Bundan əvvəl o, "Newsmax” telekanalına müsahibəsində sualtı qayıqların Rusiyaya daha yaxın yerləşdiriləcəyini qeyd etsə də, onların dəqiq yerini açıqlamaqdan imtina edib. Ağ Evin rəhbəri yerdəyişmə qərarını Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.
Qeyd edək ki, Medvedev iyulun 28-də demişdi ki, ABŞ lideri Moskva ilə "ultimatum oyunu” oynayır. Onun sözlərinə görə, Tramp başa düşməlidir ki, Rusiya tərəfi nə İsrail, nə də İrandır və Moskva hər yeni təhdidi ABŞ ilə müharibəyə doğru növbəti addım kimi qiymətləndirir.
Tramp isə öz növbəsində Medvedevi Rusiyanın uğursuz sabiq prezidenti adlanıdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Avqust 2025 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















