Icma.az
close
up
RU
Tramp ABŞ ın Ukraynanın gələcək müdafiəsində iştirakını istisna etməyib

Tramp ABŞ ın Ukraynanın gələcək müdafiəsində iştirakını istisna etməyib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp, ABŞ-ın Ukraynanın gələcək müdafiəsində iştirak etmək öhdəliyini qəbul etməyə hazır olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, bu mövqeyi, Rusiya tərəfindən təkrar hücum edilməməsi inancına əsaslanır.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp, "The New York Times" qəzetinə verdiyi müsahibədə danışıb.

"Əminəm ki, onlar yenidən hücum etməyəcəklər. Əks halda, buna razı olmazdım", – deyə ABŞ prezidenti, Rusiya tərəfindən gələcək atəşkəsin pozulması vəziyyətində Ukraynanın müdafiəsi ilə bağlı sualı cavablandırarkən bildirib.

"NYT"nin məlumatına görə, ABŞ prezidenti, Vaşinqtonun Ukraynanı müdafiə etmək üçün müharibəyə qatılma ehtimalını müzakirə edərkən, Moskva yenidən hərbi əməliyyatlara başlasa, belə bir senaridən bəhs edib. Bu şərhlər, müharibənin dayandırılması ilə bağlı aparılan danışıqlar fonunda səslənib. Bu danışıqlar çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski, ABŞ da daxil olmaqla Qərb ölkələrindən konkret təhlükəsizlik zəmanətləri almaqda israr edir.

Nəşr qeyd edir ki, Trampın şərhləri, onun Ukrayna məsələsi ilə bağlı verdiyi bütün bəyanatlar arasında ən geniş və konkret olanlardır. Beləliklə, o, ən azı siyasi dəstək şəklində bu cür öhdəlikləri üzərinə götürməyə hazır olduğunu göstərib.

Eyni zamanda, ABŞ prezidentinin sözləri, onun hələ də Kremlin rəhbəri Vladimir Putinin sülh isədiyinə inandığını göstərir. Bu, Rusiyanın Tramp administrasiyası ilə bir ildən çox davam edən danışıqlardan sonra müharibəni başa çatdırmaması faktı nəzərə alınaraq qeyri-adi bir yanaşmadır. "Onun danışıqlar aparmaq istədiyini düşünürəm. Bu barədə çox düşündüm, artıq uzun müddətdir", – deyə Tramp bildirib.

Ukraynanın müdafiəsi məsələsində ABŞ və müttəfiqlərinin hərbi dəstəyi ilə bağlı müzakirə edərkən, Tramp, bu məsələdə əsas rolun Avropaya aid olduğunu vurğulayıb. Bundan əlavə, Tramp, əvvəllər Vladimir Putinlə razılaşmalar əldə etdiyini, amma Ukrayna prezidenti Vladimir Zelenskinin bu razılaşmalardan imtina etdiyini, eləcə də əksinə, Zelenskinin sazişə razı olduğu halların olduğunu söyləyib.

"Bu gün düşünürəm ki, onlar ikisi də razılaşmaq istəyirlər, amma bunu hələ dəqiq bilmirik", – ABŞ prezidenti əlavə edib.

Tramp, Rusiya atəşkəsi pozarsa, ABŞ-ın Ukraynanı daha çox dəstəkləməyə hazır olub-olmaması məsələsində əvvəlcədən söz verməyəcəyini də bildirib. O, müharibənin nə vaxt başa çatacağına dair dəqiq tarixlər verməyib.

"Yaxşı olardı ki, belə bir vəziyyətə düşməyək, çünki mənim məqsədim həyatları xilas etməyə çalışmaqdır. Biz əlimizdən gələnin ən yaxşısını edirik. Mənim konkret tarixlərim yoxdur", – deyə o, müsahibəsində qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Yanvar 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri