Icma.az
close
up
RU
Tramp: ABŞ NATO və ticarət defisiti üçün böyük vəsait xərcləyə bilməz

Tramp: ABŞ NATO və ticarət defisiti üçün böyük vəsait xərcləyə bilməz

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Birləşmiş Ştatlar Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) və ticarət defisitinə böyük vəsait xərcləyə bilməz.

Bizimyol.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Floridadan Vaşinqtona uçan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Ola bilməz. ABŞ ticarət üzərində 1,9 trilyon dollar itirə bilməz. Biz belə edə bilmərik, həmçinin Avropa ölkələrini müdafiə etmək, onları hərbi qüvvələrlə qorumaq və ticarət üzərində pul itirmək üçün NATO-ya çoxlu pul xərcləyə bilmərik. Bunların hamısı dəli bir düşüncədir və mən bunu nəzərə alaraq seçim etmək məcburiyyətində qaldım. Biz, hər kəsə bunu izah etmək istəyirik", - deyə dövlət başçısı vurğulayıb.

İdxal rüsumlarının tətbiqi ilə bağlı mümkün inflyasiya artımını şərh edərkən Tramp: "Mən düşünmürəm ki, inflyasiya böyük bir problemə çevrilsin. Mənim ilk prezidentlik dövrümdə, dörd il ərzində, Çindən bir neçə yüz milyard dollar aldım və biz digər ölkələrdən də çox pul aldıq, amma xüsusilə Çindən daha çox almışdıq. Bizim dövrümüzdə inflyasiya olmadı. Nə zaman inflyasiya oldu,  ABŞ-ın 46-cı prezidenti Co Baydenin hakimiyyəti illərində. Baydenin rəhbərliyi ərzində ölkəmizdəki ən pis inflyasiyanın şahidi olduq. Mənim dövrümdə inflyasiya olmamışdı. Hər şey yaxşı idi. Sonra bu axmaq adam gəldi və ölkəmiz pis hala düşürdü", - deyə ABŞ prezidenti əlavə edib. O, həmçinin İsrailin baş naziri Binyamin Netanyahu ilə gələn bazar ertəsi Vaşinqtonda keçiriləcək danışıqlarda ticarət və tarifləri müzakirə edəcəyini vurğulayıb.

Əvvəllər Vaşinqtondakı Amerika Sahibkarlıq İnstitutu bildirmişdi ki, Tramp administrasiyasının rüsumları tətbiq etmək üçün etdiyi hesablamalar səhvdir. Ekspertlərin fikrincə, hökumət tərəfindən tətbiq olunan cavab rüsumlarının nəticələrinin təsirini dörd dəfə artıran ciddi bir riyazi səhv olan formul istifadə edilib. Konservativ analitik mərkəz hesab edir ki, bu səhv, rüsumların administrasiyanın məqsədlərinə çatmaq üçün lazım olandan çox daha yüksək olmasına səbəb olub. Formul sadəcə olaraq ABŞ-ın hər bir ölkə ilə ticarət balansının defisitini, ABŞ-ın bu ölkələrdən idxal etdiyi malların qiymətinə bölməkdən ibarətdir. İnstitut hesab edir ki, hökumət, idxal qiymətləri üçün yanlış dəyər istifadə edib.

Tramp 2 aprel tarixində 185 ölkə və əraziyə aid məhsullara gömrük rüsumlarının tətbiq olunacağını elan edib. Rusiya bu siyahıda yoxdur. Ümumi 10% tariflər 5 aprel tarixində qüvvəyə minib, fərdi tariflər isə 9 aprel tarixində tətbiq ediləcək. Bundan əlavə, ABŞ administrasiyası 3 aprel tarixindən etibarən bütün idxal edilən avtomobillər üzərində 25%-lik rüsum tətbiq edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Aprel 2025 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri