Icma.az
close
up
RU
Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp "New York Post" tabloidinə verdiyi müsahibədə bildirib ki, Amerika hərbçiləri Maduronu ələ keçirmək üçün əməliyyat zamanı yeni gizli silahdan istifadə ediblər. Trampın sözlərinə görə, sözügedən silah "Discomboulyator" adlanır. O, iddia edir ki, bu silah Venesuela liderinin ələ keçirilməsində həlledici rol oynayıb. Ağ Ev rəhbəri əlavə edib ki, "Discomboulyator" Çin və Rusiya istehsalı olan Venesuela hərbi texnikasının sıradan çıxarılmasına kömək edib.

Nəşrin yazdığına görə, Tramp bu silah barədə danışmağa icazəsi olmadığını bildirib.
ABŞ Prezidentinin sözlərinə görə, Venesuelada mövcud olan raketlərin havaya qaldırılması mümkün olmayıb.
“Onların Rusiya və Çin istehsalı raketləri var idi, lakin onlar havaya qalxmadı. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə işə düşmədi”, – deyə Tramp vurğulayıb.

Tramp yeni silahı CNN-in xəbərləri kontekstində qeyd edib. Məlumata görə, mənbələr ABŞ Daxili Təhlükəsizlik Departamentinin guya "Havana sindromu"na səbəb ola biləcək bir cihaz əldə etdiyini bildirib. Sindrom ilk dəfə 2016-cı ildə Havanadakı ABŞ səfirliyinin işçiləri qulaqlarda davamlı cingilti və ağrı, başda titrəmə və təzyiq hissi və başgicəllənmədən şikayətləndikdə ortaya çıxıb. Bir nəzəriyyəyə görə, simptomlar mikrodalğalı radiasiyadan qaynaqlana bilər.

"New York Post" qəzeti Maduronu ələ keçirmək üçün əməliyyatın şahidlərinə istinadən xəbər verir ki, Amerika qoşunlarının hücumu zamanı Venesuela Prezidentinin mühafizəçilərinin burunlarından qəfildən qanaxma başlayıb. Onlardan bəziləri həmçinin qan qusub. "Bir anda onlar bir şey buraxdılar, onu necə təsvir edəcəyimi bilmirəm. Bu, çox güclü səs dalğası kimi idi. Birdən başımın içəridən partladığını hiss etdim", - tabloid əməliyyatın şahidlərindən sitat gətirir. 

Venesuela Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ əməliyyatı zamanı 83 nəfər həlak olub. Nəşrə şərhində Tramp yeni silah haqqında əlavə məlumat verməkdən imtina edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:323
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Yanvar 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see357

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see356

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see346

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see344

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see333

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see327

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see315

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see310

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see308

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see305

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see297

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see294

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see288

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see275

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see265

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see256

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see242

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see236

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see233
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri