Tramp ABŞ nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri İrana, o cümlədən onun neft tankerlərinə daha çox zərbə endirəcəklər.
"Report" xəbər verir ki, bu barədə Tramp Vaşinqton yaxınlığındakı "Endryus" hərbi bazasında jurnalistlərə bildirib.
"Hücumları biz həyata keçiririk", - Amerika lideri bildirib və əlavə edib ki, ABŞ artıq İranın doqquza yaxın tankerini məhv edib. "Və siz daha çoxunu görəcəksiniz", - Tramp təfərrüatları açıqlamadan bəyan edib.
Daha əvvəl Pentaqonun rəhbəri Pit Heqset bildirmişdi ki, İran regiondakı Amerika hərbi gəmilərinə hücum edəcəyi təqdirdə, ABŞ Silahlı Qüvvələri İran tankerlərinə zərbələr endirəcək. O həmçinin İranın neftdaşıyan donanmasının əhəmiyyətli hissəsinin məhv olunması ehtimalı barədə xəbərdarlıq edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 10 Sentyabr 2026 01:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















