Tramp ABŞ nin Rusiya və Çinlə rəqabətinə son qoymaq niyyətindədir KİV
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp “böyük dövlətlərlə” Rusiya və Çinlə rəqabəti dayandırmaq üçün aktiv şəkildə çalışır.
Redaktor.az xəbər veriri ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Jurnalistlərin məlumatına görə, Tramp birinci prezidentlik müddətində ABŞ-nin Rusiya və Çinlə rəqabət dövrünü açmışdı, lakin indi Vaşinqton bu münasibətləri “sazişlərlə və anlaşmalarla” davam etdirmək niyyətindədir.
Nəşrə danışan ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib ki, Vaşinqtonun əsas məqsədi Çinlə qarşılıqlı faydalı ticarət münasibətləri qurmaq, eyni zamanda ABŞ-ın milli və iqtisadi təhlükəsizliyinə zərər vurmadan əməkdaşlığı genişləndirməkdir.
“Axios” yazır ki, ABŞ-nin Rusiya ilə münasibətlərində də konfrontasiyadan kompromisə doğru keçid müşahidə olunur. Nəşrin iddiasına görə, Tramp administrasiyası Ukraynaya təzyiq göstərərək Donbasın tam şəkildə Rusiyaya verilməsini istəyib.
Ukrayna münaqişəsi başa çatdıqdan sonra ABŞ-nin Rusiya ilə enerji, təbii ehtiyatlar, infrastruktur, süni intellekt, məlumat emalı mərkəzləri və nadir metallar sahəsində uzunmüddətli iqtisadi əməkdaşlıq sazişi imzalamağa hazırlaşdığı bildirilir.
Nəşr yazır ki, ABŞ-nin 5 dekabr 2025-ci ildə açıqladığı yeni Milli Təhlükəsizlik Strategiyası Rusiyaya qarşı əvvəlki sənədlərlə müqayisədə daha az sərt mövqedədir. Strategiyada Vaşinqtonun əsas prioritetləri kimi Ukrayna böhranının həlli və Rusiya ilə münasibətlərin sabitləşdirilməsi göstərilib.
Sənəddə Avropa İttifaqının “tənqid edilməsi” isə Avropa siyasətçiləri tərəfindən narazılıqla qarşılanıb.
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Dekabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















