Tramp: ABŞ süni intellekt sahəsində Çini qabaqlayır
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Birləşmiş Ştatlar süni intellekt (Sİ) sahəsində Çini əhəmiyyətli dərəcədə qabaqlayır.
Bizim.Media xəbər verir ki, Trampın sözlərinə görə, onun süni intellekt sahəsindəki ən böyük nailiyyəti "Meta" kimi texnologiya şirkətlərinə hesablama gücü ehtiyaclarını qarşılaya biləcək elektrik stansiyalarının tikintisi layihələrində köməklik göstərməsidir.
"Biz Çini (süni intellekt sahəsində) xeyli qabaqlayırıq, çünki mən bu elektrik stansiyalarının tikintisinə icazə verdim.
Bu şirkətlər indi öz enerji bloklarını qururlar və ümumi şəbəkədən ümumiyyətlə istifadə etmirlər. Əks halda biz rəqabət apara bilməzdik. Bizim qalib gəlməyimiz vacibdir", — deyə ABŞ lideri "Fortune" jurnalına verdiyi müsahibədə bildirib.
O, həmçinin əlavə edib ki, süni intellektin imkanları həm müsbət, həm də mənfi nəticələrə səbəb ola bilər, ona görə də onunla ehtiyatlı davranmaq lazımdır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 18 May 2026 14:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















