Tramp ABŞ tarixinin ən yaxşı prezidentlərinin siyahısını tərtib edib
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp özünün hazırladığı "ABŞ tarixinin ən yaxşı prezidentləri" siyahısını dərc edib - reytinqdə də birinci yeri özü üçün ayırıb.
Oxu.Az xəbər verir ki, o bununla bağlı şəxsi sosial media hesabında paylaşım edib.
"Mövcud ABŞ liderinin versiyasına görə, 45-ci və 47-ci prezident (2017-2021, 2025-…) ən yüksək tanınmaya layiqdir. Trampa verilən qiymət: beş ulduz!" - deyə o bildirib.
Tramp sabiq prezident Corc Buşu "şübhəli lider" adlandırıb və onu Yaxın Şərqə müdaxiləyə görə tənqid edib. Özündən əvvəlki prezident Co Baydeni isə o, "ABŞ tarixindəki ən pis lider" adlandırıb. Barak Obamanı da tənqid edən Tramp onu "dəhşətli prezident" kateqoriyasında "qalib" elan edib.

Futbol tarixinin ən yaxşı qolkiperlərinin ilk onluğu tərtib olundu
17 May 2025 16:29
Tramp ABŞ tarixinin ən yaşlı prezidenti olacaq
06 Noyabr 2024 14:21
Milyarderlər ABŞ tarixinin ən yaxşı prezidentini seçiblər Tramp cəmi bir səs toplayıb
06 Aprel 2025 21:53
Forbes ən çox qazanc əldə edən tennisçilərin siyahısını tərtib edib
03 Dekabr 2024 18:04
Futbol tarixinin ən yaxşı qapıçıları
18 Noyabr 2024 13:34

