Tramp: ABŞ üç gün ərzində İran Hərbi Dəniz Qüvvələrinin 24 gəmisini məhv edib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat çərçivəsində İran Hərbi Dəniz Qüvvələrinə məxsus 24 gəmi məhv edilib.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, bu gəmilər üç gün ərzində məhv edilib.
“Onların artıq hərbi donanması yoxdur. Üç gün ərzində 24 gəmi”, – deyə Tramp qeyd edib.
ABŞ prezidenti həmçinin iddia edib ki, İranın hərbi hava qüvvələri, hava hücumundan müdafiə sistemi və hərbi komanda-idarəetmə infrastrukturu da faktiki olaraq məhv edilib.
“Onların artıq hərbi hava qüvvələri yoxdur. Hava hücumundan müdafiə sistemləri yoxdur. Təyyarələri yoxdur. Rabitə sistemi yoxdur”, – deyə Tramp bildirib.
Bu mövzuda digər xəbərlər:Tramp: ABŞ üç gündə 24 İran gəmisini məhv edib
06 Mart 2026 13:18
ABŞ İran Hərbi Dəniz Qüvvələrinin ən yaxşı hissəsini məhv edib
06 Mart 2026 11:16
Üç gün ərzində İranın 42 hərbi gəmisini məhv etdik Tramp
07 Mart 2026 20:37
İran Hərbi Dəniz Qüvvələrinin nadir obyekti məhv edildi
25 Mart 2026 15:39
İran ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki bazasına zərbə endirib
21 İyul 2026 12:17
Baxış sayı:142
Bu xəbər 06 Mart 2026 02:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















