Tramp ABŞ vətəndaşlığını bu qiymətə satacaq... Xüsusən Rusiya oliqarxlarına...
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp insanlara 5 milyon dollara vətəndaşlıq almağa imkan verəcək və “qızıl kart” adlandırılacaq proqram təqdim etmək niyyətində olduğunu açıqlayıb.
Moderator.az "The Economic times" nəşrinə istinadla xəbər verir ki, bu proqram mövcud "EB"-5 investor vizası proqramını əvəz etmək üçün nəzərdə tutulub.
"Biz bu kartı təxminən 5 milyon dollar dəyərində qiymətləndirəcəyik və bu, sizə yaşıl kartın üstünlüklərini verəcək və bu, həm də vətəndaşlığa aparan bir yol olacaq", deyə ABŞ prezidenti bildirib.
Tramp bildirib ki, proqram ABŞ iqtisadiyyatına töhfə verərkən “çox yüksək səviyyəli insanlara” ABŞ vətəndaşı olmağa imkan verəcək.
"Bunlar pulu olan insanlar və iş yerləri yaratmağa hazırlaşan insanlar olacaq", -deyib Tramp.
O əlavə edib ki, bunlar Rusiya oliqarxları da ola bilər.
"Mən yaxşı insanlar olan bir neçə rus oliqarxını tanıyıram. Deməli, bu, mümkündür", - deyə o vurğulayıb.
S.Laçın
Baxış sayı:126
Bu xəbər 26 Fevral 2025 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















