Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla qarşıdurmanı yaxın zamanda ya ikitərəfli razılaşma, ya da daha sərt vasitələrlə yekunlaşdırmağı planlaşdırır.
APA xəbər verir ki, Ağ Ev rəhbəri Viskonsin ştatının Çippeva-Fols şəhərində kənd təsərrüfatına həsr olunmuş dəyirmi masada bildirib
“Biz elə bir mərhələyə çatmışıq ki, İrandan çox qısa müddətdə çıxmalı olacağıq və bu, qətiyyətli addım olacaq. Bu, istər kağız üzərində imzalanacaq sazişlə, istərsə də daha sərt üsullarla baş verəcək”, - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, proses artıq yekun mərhələyə yaxınlaşıb.
“Bu məsələ ilə demək olar ki, artıq işi bitirmişik. Görəcəksiniz ki, hər şey ya sənəd imzalanması ilə, ya da daha mürəkkəb üsulla başa çatacaq. Baxmayaraq ki, saziş yolu əslində daha sadə variantdır”, - deyə ABŞ lideri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 06 İyun 2026 02:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















