Icma.az
close
up
RU
Tramp ABŞdə fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqladı

Tramp ABŞdə fövqəladə vəziyyət elan etməyə hazır olduğunu açıqladı

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq etməyə hazır olduğuna dair xəbərləri təsdiqləyib.

Report xəbər verir ki, bu barədə "Axios” portalı məlumat yayıb.

Məlumata görə, siyasətçi "Truth Social” sosial şəbəkəsindəki səhifəsində "Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun "Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına "Bu doğrudur!” şərhini yazıb.

"Axios” vurğulayır ki, bu, siyasətçinin qanunsuz miqrantları ölkədən qovmaq üçün belə tədbirlər görməyə hazır olduğunu təsdiqlədiyi ilk haldır.

Qeyd edək ki, Tramp dəfələrlə Prezident Bayden və onun administrasiyasının miqrasiya siyasətini tənqid edib.

Portal qeyd edir ki, Tramp artıq öz gələcək administrasiyasındakı vəzifələrə miqrasiya ilə bağlı sərt mövqeyi ilə tanınan namizədləri irəli sürür. Belə ki, daha əvvəl Tramp keçmiş ABŞ-nin immiqrasiya və gömrük polisinin direktoru vəzifələrini icra edən Tomas Homanı miqrasiya siyasəti və sərhəd təhlükəsizliyinə cavabdeh şəxs kimi təyin edib.

"Axios”un məlumatına görə, ABŞ-də 11 milyon sənədsiz miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir edə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri