Tramp AÇIQLADI: “4 ildən sonra…” KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tramp: “Dörd gözəl il prezidentlik edəcəyəm və sonra bunu başqasına ötürəcəyəm”
ABŞ Prezidenti Donald Tramp yenidən seçildikdən sonra gələcək planları ilə bağlı açıqlama verib. O bildirib ki, ikinci müddətini tamamlayaraq prezidentliyi başqa bir şəxsə təhvil vermək niyyətindədir.
KONKRET.az xəbər verir ki, Tramp çıxışı zamanı iki müddətlik prezidentlik prinsipinə sadiq qalacağını vurğulayıb:
“Mən ümumilikdə səkkiz il – iki müddət prezident olacağam. Bunu həmişə çox vacib hesab etmişəm. Bir çox insanlar ‘Tramp 2028’ yazılı papaqlar satırlar. Amma mən belə bir plan düşünmürəm. Mən dörd gözəl il işləyəcəyəm və sonra bunu kiməsə ötürəcəyəm”, – deyə o bildirib.
Trampın bu açıqlaması onun gələcəkdə prezident postunda qalmaq niyyətində olmadığı və ABŞ-ın demokratik ənənələrinə sadiqliyini nümayiş etdirməsi kimi dəyərləndirilir.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 04 May 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















