Tramp açıqladı: İranla saziş bu tarixdə imzalanır, ancaq...
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
İranla saziş bazar günü imzalanacaq, uğursuz olarsa “son alternativ” var.
Bakupost.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial platformasında etdiyi paylaşımda bildirib.
Tramp qeyd edib ki, razılaşma İranın nüvə silahı əldə etməsinə qarşı “divar” rolunu oynayacaq.
Onun sözlərinə görə, Tehran istər alış, istər inkişaf, istərsə də digər yollarla nüvə silahı əldə edə bilməyəcək.
ABŞ Prezidenti gözlənilən sazişi 2015-ci ildə Barak Obamanın dövründə imzalanmış nüvə razılaşması ilə müqayisə edib və yeni sənəd çərçivəsində heç bir maliyyə mübadiləsinin olmayacağını deyib.
Tramp həmçinin bildirib ki, saziş çərçivəsində Hörmüz boğazının dərhal açılması nəzərdə tutulur.
O, ABŞ Hərbi Hava Qüvvələrinin B-2 bombardmançı təyyarələrinin İran hədəflərinə zərbələr endirdikdən sonra “dərinliklərdə gizlədilmiş nüvə izlərini” də məhv edə biləcəyini vurğulayıb.
ABŞ Prezidenti prosesin “sürətli, asan və rahat” keçəcəyinə ümid etdiyini, lakin bunun baş tutmaması halında ABŞ-nin “son alternativi” olduğunu və bu variantdan istifadə edilməməsini arzuladığını da əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 İyun 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















