Icma.az
close
up
RU
Tramp adamını Rusiyaya niyə göndərdi? Yalnız hərbi yol!

Tramp adamını Rusiyaya niyə göndərdi? Yalnız hərbi yol!

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qlobal güc balansının dəyişdiyi və diplomatik müstəvidə yeni aktivlik mərhələsinin müşahidə olunduğu bir vaxtda ABŞ ilə Rusiya arasında gözlənilməz təmas cəhdləri diqqət çəkir. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoffun Moskvaya səfəri regional və beynəlxalq siyasi gündəmdə ciddi maraq doğurub.

Səfərin məhz ABŞ-ın Cənubi Qafqazda artan fəallığı və Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə eyni vaxta təsadüf etməsi prosesin arxasında daha geniş geosiyasi məqsədlərin dayandığını ehtimal etməyə əsas verir.

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Uitkofun Rusiyaya səfəri Ukrayna böhranı ilə bağlı son mesajları çatdırmaqdır:

“Çünki iki gündən sonra Trampın Putinə verdiyi vaxt bitir. Rusiyaya sərt sanksiyaların tətbiq olunması və Ukraynaya latel silahların verilməsi reallaşa bilər. Tramp Putinə inanmır. Ola bilsin ki, Putin özü Ağ Evlə danışmaq istəyir, əlavə şərtləri var. Lakin mən bu səfərdən də müsbət nəticə gözləmirəm.

Həmçinin oxuyun:

“Bu xaos Azərbaycan üçün yeni və heç kimin ağlına gəlməyən nəticələr verə bilər” – Müsahibə

Məhəmməd Əsədullazadə

Putin İstanbulda Tramp və Zelenski ilə üçtərəfli görüş üçün razılıq verə bilər. Bu da sanksiyaların təxirə salınmasına gətirib çıxarar. Proseslər elə bir müstəvidə davam edir ki, ortaq məxrəcə gəlinməsi çətindir. Yalnız hərbi yolla dinamika yaradaraq Rusiyanı güzəştə məcbur etmək olar. Düşünürəm, ABŞ bu siyasətə üstünlük verə bilər. Əlavə alternativlər Putinə vaxt qazandırır”.

Turan Rzayev
Gloablifno.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Avqust 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri