Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tramp administrasiyası 250 mindən çox vizanı ləğv edib.
Yeniavaz.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Tommi Piqott “Fox News” telekanalına bildirib.
“Prezident Tramp və Dövlət katibi Marko Rubionun rəhbərliyi altında Dövlət Departamenti 250 mindən çox vizanı ləğv edib”, - o qeyd edib.
ABŞ Dövlət Departamentinin rəsmisi bunu administrasiyanın Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün sarsılmaz öhdəliyini simvolizə edən tarixi mərhələ adlandırıb.
Piqott qeyd edib ki, hər bir viza qərarı milli təhlükəsizliklə bağlıdır.
“Görünməmiş miqyasda davamlı yoxlamalar vasitəsilə cinayət törədənləri, terrorizmi dəstəkləyənləri, amerikalıları aldadanları və ya immiqrasiya sistemimizdən sui-istifadə edənləri müəyyən edirik”, - o bildirib.
Piqott həmçinin, administrasiyanın ABŞ vizasının hüquq deyil, imtiyaz olması mövqeyini təkrarlayıb.
“Əgər bu imtiyazı pozsanız, onu itiriəcəksiniz”, - Piqott əlavə edib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamenti korrupsiya və ya narkotik qaçaqmalçılığına kömək etməkdə şübhəli bilinən Boliviya, Kolumbiya, Ekvador və Perunun bir neçə rəsmisinə qarşı viza məhdudiyyətləri elan etmişdi.
Bu mövzuda digər xəbərlər:ABŞ 250 mindən çox vizanı ləğv edib Tramp dövründə
01 Oktyabr 2026 11:27
Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib
10 Avqust 2026 20:49
Tramp administrasiyası ilk ilində 100 mindən çox vizanı ləğv etdi
12 Yanvar 2026 22:01
18 ayda 175 mindən çox vizanı ləğv etdilər
26 Avqust 2026 16:10
Baxış sayı:215
Bu xəbər 01 Oktyabr 2026 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















