Icma.az
close
up
RU
Tramp administrasiyası İrana dinc nüvə proqramı üçün 30 milyard dollar təklif edib

Tramp administrasiyası İrana dinc nüvə proqramı üçün 30 milyard dollar təklif edib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tramp administrasiyası İrana mülki məqsədli nüvə enerjisi proqramı üçün 30 milyard dollara qədər maliyyə yardımı göstərilməsi imkanını müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, İslam Respublikasına sanksiyaların yumşaldılması və bloklanmış milyardlarla dollar məbləğində vəsaitin azad olunması təklif olunub. Bu, Vaşinqtonun Tehranı danışıqlar masasına qaytarmaq üçün atdığı intensivləşdirilmiş diplomatik addımların bir hissəsi kimi qiymətləndirilir. Məsələ ilə tanış dörd mənbənin bildirdiyinə görə, son iki həftə ərzində İran və İsrail arasında baş verən qarşıdurmaya baxmayaraq, ABŞ və Yaxın Şərqdəki əsas oyunçular iranlılarla gizli danışıqları davam etdiriblər.

Danışıqlar bu həftə də, atəşkəs razılaşmasının əldə olunmasından sonra davam etdirilib.

CNN-in əldə etdiyi məlumata görə, ötən cümə günü, ABŞ-ın İrana qarşı hava zərbələrindən bir gün əvvəl, Ağ Evdə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff ilə Fars körfəzi ölkələrinin tərəfdaşları arasında çox saatlıq gizli görüş keçirilib. Bu görüş zamanı daha əvvəl ictimaiyyətə açıqlanmayan bəzi təkliflər, o cümlədən İranda uranın zənginləşdirilməsi ilə əlaqəsi olmayan yeni nüvə proqramına 20–30 milyard dollarlıq sərmayə qoyuluşu müzakirə olunub. Proqram sırf enerji istehsalı üçün nəzərdə tutulub.

ABŞ rəsmiləri bildiriblər ki, bu vəsait birbaşa Amerika tərəfindən ayrılmayacaq. Vaşinqton investisiyanın ərəb müttəfiqləri tərəfindən təmin edilməsinə üstünlük verir. Qeyd olunur ki, İranın mülki nüvə obyektlərinə sərmayə qoyuluşu ideyası son aylar ərzində aparılmış nüvə danışıqlarının əvvəlki mərhələlərində də gündəmə gətirilib.

"ABŞ bu danışıqlara rəhbərlik etməyə hazırdır. Nüvə proqramının inşasını kimsə maliyyələşdirməlidir, lakin biz bunun məsuliyyətini öz üzərimizə götürmək niyyətində deyilik", – deyə Tramp administrasiyasının nümayəndəsi CNN-ə bildirib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 İyun 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri