Tramp administrasiyası Rusiya ilə ortaq məxrəc axtarmağa hazırdır
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ vitse-prezidenti J.D. Vens bildirib ki, Donald Tramp administrasiyası Ukraynadakı vəziyyətlə bağlı fundamental fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə ortaq məxrəc axtarmağa hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, o, bunu amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.
“Biz Ukrayna münaqişəsinə son qoymaq üçün çalışacağıq. Əməkdaşlıq üçün bəzi sahələr ola bilər. Trampın mövqeyi belədir ki, Rusiya ilə bir çox məsələdə fikir ayrılığımız ola bilər, amma bəzi məsələlərdə razıyıq”, - Vens deyib.
O, Trampın xarici siyasətinin ölkələrin sadəcə dost və düşmənlərə bölünməsinə deyil, praqmatik maraqlara əsaslandığını vurğulayıb. Vitse-prezidentin sözlərinə görə, Ağ Evin yeni yanaşması hətta rəqiblərlə də onların maraqlarının üst-üstə düşdüyü məsələlərdə qarşılıqlı əlaqəyə imkan verir.
Anar
Bu mövzuda digər xəbərlər:“Rusiya Tramp administrasiyası ilə təmaslara hazırdır”
14 Noyabr 2024 10:07
Ukraynalı ekspert: Tramp Ukrayna Rusiya müharibəsinin tənzimlənməsi üçün ortaq məxrəc axtarır
17 Oktyabr 2025 12:30
Ryabkov: “Rusiya Tramp administrasiyası ilə dialoqa açıqdır”
12 Dekabr 2024 18:22
Tramp administrasiyası Rusiya Ukrayna sülhünə inanır
30 May 2025 17:21
Baxış sayı:174
Bu xəbər 05 Fevral 2026 07:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















