Icma.az
close
up
RU
“Tramp Ağ Evdə yeni memar təyinatı etdi: layihə ətrafında mübahisələr böyüyür BBC

“Tramp Ağ Evdə yeni memar təyinatı etdi: layihə ətrafında mübahisələr böyüyür BBC

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ağ Evin Şərq qanadının sökülməsi Vaşinqtonda yeni siyasi və hüquqi mübahisələr doğurur..."

Ağ Ev administrasiyası bildirir ki, Donald Tramp Ağ Ev üçün nəzərdə tutulan yeni bal zalının layihəsinə cavabdeh memarı dəyişdirib. 

Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" agentliyi məlumat yayıb.

Layihənin dəyişdirilməsi və memarın əvəzlənməsi

Əvvəlki məlumatlara görə, Tramp bu məsələ üzrə memar Ceyms Makkreri ilə zalın ölçüləri barədə razılığa gələ bilməyib. Yeni mərhələdə layihəni "Shalom Baranes Associates" memarlıq bürosu icra edəcək, Makkreri isə yalnız məsləhətçi qismində qalacaq.

Ağ Evin sözçüsü Devis İnql qeyd edib ki, büronun yaradıcısı Şalom Baranes "onilliklər ərzində paytaxtın memarlıq simasını formalaşdırmış istedadlı memardır" və onun təcrübəsi layihənin tamamlanmasında mühüm rol oynayacaq. İnqlin sözlərinə görə, yeni bal zalı "Oval kabinetin inşasından bəri Ağ Evə edilən ən böyük əlavə olacaq".

Trampın Ağ Evi yenidən qurmaq planı və layihənin miqyası

Oktyabr ayında Ağ Evin Şərq qanadının bir hissəsi Trampın bal zalı üçün sökülüb. Administrasiya bu zalı "çoxdan vacib olan zərif bir əlavə" kimi təqdim edir və layihənin dəyərinin 250 milyon dollar olacağı bildirilib. Zalın ilkin layihəsi ciddi şəkildə genişləndirilib: əvvəlcə 500 nəfərlik nəzərdə tutulan məkan indi 1350 qonağı qəbul edə biləcək.

ABŞ mediasının məlumatına görə, Makkreri 8360 kv.m-lik bəzədilmiş bal zalının Ağ Evin qalan hissəsini kölgədə qoyacağından narahat olub. Müqayisə üçün: prezidentin yaşayış və qonaq qəbul etdiyi sahələrin ümumi ölçüsü 5109 kv.m, Oval kabinetin yerləşdiyi Qərb qanadının sahəsi isə 3700 kv.m-dir.

"The Washington Post" nəşri yazır ki, Makkreri layihədən kənarlaşdırılmaq istəməyib, çünki "başqa memarın daha qeyri-peşəkar layihə hazırlayacağından" ehtiyat edib. Ağ Ev isə bildirir ki, tikinti prosesinin müxtəlif mərhələlərində yeni komandaların cəlbi qaçılmaz olacaq. Tramp daha əvvəl bəyan edib ki, bal zalı tam şəkildə onun və sponsorların vəsaiti hesabına maliyyələşdirilir.

Tənqidlər, hüquqi təşəbbüslər və narazılıqlar

Ağ Ev bal zalının tikintisi planını iyul ayında təsdiqləyib və bununla Trampın uzun müddətdir səsləndirdiyi arzunu gerçəkləşdirib. Lakin layihə həm ekoloji təşkilatların, həm də Trampın siyasi rəqiblərinin kəskin tənqidi ilə qarşılaşıb. Xüsusilə Şərq qanadının bir hissəsinin sökülməsi - burada birinci ledi və onun administrasiyasının əməkdaşları yaşayıb - geniş ictimai narazılıq doğurub. 

Sökülən obyektlər arasında Şərq kolonadası da olub. Senator Riçard Blyumental isə artıq yeni qanun layihəsi təqdim edib. Sənədə görə, federal əhəmiyyət daşıyan tarixi binaların sökülməsi NCBC - Milli Kapital İnvestisiyaları Planlaşdırma Komissiyasının təsdiqi olmadan mümkün olmayacaq. 

Senatorun qeyd etdiyinə görə, "Sarayların qadağan edilməsi haqqında qanun" gələcək prezidentlərin tarixi binaları düşünülməmiş şəkildə dağıtmasının qarşısını almaq məqsədi daşıyır. Ağ Ev əlavə edir ki, tikintiyə başlamazdan öncə layihəyə məhz NCPC qiymət verəcək. Tramp isə iddia edir ki, bal zalı "mövcud binanın yanında" tikiləcək və Ağ Evin ümumi quruluşuna ziyan vurmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Dekabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri