Icma.az
close
up
RU
Tramp Amerika üçün Qorbaçova çevrilir...

Tramp Amerika üçün Qorbaçova çevrilir...

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Nə qədər etiraf etməsə də, Donald Tramp ABŞ-ı uçurumun dibinə qədər gətirib çıxarıb. İlk prezidentlik günlərindəki gurultulu bəyanat və hədələr, bir çox dünya liderlərini azarlayan hərəkətləri artıq onun köməyinə gəlmir. Onun Ağ Evə köçər-köçməz özünü dünya ağası kimi aparması artıq fiaskoya uğramış bir keçmiş kimi xatırlanır. Dünyadakı müharibələri bir neçə həftəyə bitirə biləcəyi barədəki “falçılığı” yaxşı xatırlanır. Artıq onun Vladimir Putinlə ittifaqı da keçici həvəs kimi başa çatıb. İndi sırada onun siyasətinə etiraz edən amerikalılar var. Xüsusilə D.Trampın miqrantlar əleyhinə amansız siyasəti, Meksika və Kanadaya qarşı qəbuledilməz sərt addımları, açıq şəkildə Kanadanı işğal etməklə hədələməsi ABŞ daxilincə ciddi narazılıq dalğasına səbəb oldu.

Diqqət edin: Hazırkı Ağ Ev sahibinin ABŞ sərhədlərini bağlamağa yönəlmiş sərt immiqrasiya siyasəti, xüsusilə də Meksika ilə sərhəddə divar tikmək təşəbbüsü, əlaxüsus ailələrin ayrılmasına səbəb olacaq son addımları kütləvi etiraz dalğası üçün əsl benzin effekti oldu. Müxtəlif sosial təbəqələrin və etnik kökənlərin cəmləşdiyi ABŞ-ı bu şəkildə idarə etmək bilirsiniz nəyə oxşayır? Tamamilə keçmiş SSRİ-nin son illərindəki Mixal Qorbaçov siyasətinə. Məhz o da çoxmillətli ölkəni ağıl və məntiqin yoxsul olduğu bir dağıdıcılıqla “idarə” edir, bilərəkdən ölkə daxilində çaxnaşma və millətlərarası düşmənçilik toxumu səpirdi. İttifaq tipli dövlətlərdə bunu etmək isə o deməkdir ki, o ölkənin sonunu gətirirsən.
Xüsusilə ABŞ kimi mürəkkəb ictimai düşüncəyə sahib ölkədə bunu “eksperiment” kimi yoxlamaq belə dəhşətli nəticələrə gətirə bilər. İrqçilik və sosial ədalətsizlik içində çapalayan bir cəmiyəti bu şəkildə qıcıqlandırmaq ağlı başında olan heç bir prezidentin ata biləcəyi addımlar deyil. Artıq budur, D.Trampın son iki gündə etirazçılara qarşı amansız hərbi güc tətbiqi həm də ənənəvi ABŞ demokratiyasını və hüququ dövlət anlayışını da tozanaq kimi havaya sovurdu. D.Tramp bu siyasətinə davam edərsə, ABŞ üçün ən ağır situasiyanın və daxili siyasi çaxnaşmanın pik həddinə çıxması qaçılmaz olacaq.
Başqa bir yandan, hazırkı Ağ Ev sahibi sanki hakimiyyətə gəlmək üçün xərclədiyi milyonları geri qaytarmaq üçün vurnuxan acgöz məmur, ya da biznesmen təəssüratı bağışlayır. O ABŞ kimi nəhəng ölkənin sükanı arxasında oturan dövlət xadimi libasında deyil. Yaxın Şərqə son üçgünlük səfəri zamanı üç ərəb ölkəsindən ümumi qiyməti 3 trilyard dollar olan müqavilələrlə geri qayıtması, üstəlik ona bağışlanan 400 milyon dollarlıq zirehli və özəl hazırlanmış təyyarəni Vaşinqtonda gətirməsi onun ABŞ-ın maraqlarından daha çox öz sərvətlərinin qayğısına qalan tüccar prezident obrazını ortaya çıxarır. Nə dünya üçün vəd etdiyi sülhdən, ağalıqdan əsər-əlamət qalıb, nə də gələcəklə bağlı planlarından. Onsuz da Volodimir Zelenski ilə Ağ Ev-dəki o məşhur söz müharibəsindən sonra imici yerlə-yeksan olan D.Tramdan artıq nə Avropada qorxan var, nə də Afrikanın hansısa ölkəsində. Artıq içi boş hegemonluq iddiası Trampdan daha çox ABŞ-ın başına bəla olub. Çünki D.Tramp bu siyasətinə davam edərsə, ABŞ üçün ən ağır situasiyanın və daxili siyasi çaxnaşmanın pik həddinə çatması qaçılmaz olacaq. Həttda ştatların parçalanmasına qədər...

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri