Tramp “Amerikanın səsi” barədə “Onu məhv edin!”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp “Amerikanın səsi” radiostansiyasını kəskin tənqid edərək, onun fəaliyyətini uğursuzluq adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri “Truth Social” hesabında yazıb.
“Respublikaçılar niyə demokratların ruporu olan “Amerikanın səsi”nin mövcudluğunu davam etdirmək istəyirlər? Bu, solçular üçün tam bir fəlakətdir. Heç bir respublikaçı onu saxlamaq üçün səs verməməlidir. Onu məhv edin!”, - deyə o bildirib.
Qeyd edək ki, martın 14-də Tramp ABŞ hökumətinin televiziya və radioda xarici siyasət təbliğatına cavabdeh olan Qlobal Media Agentliyinin fəaliyyət dairəsinin azaldılması haqqında fərman imzalayıb. Bununla da “Amerikanın səsi” radiostansiyasının əməkdaşlarının 85 faizinin planlaşdırılan ixtisarı prosesi tamamlanıb.
Ümumilikdə isə Donald Trampın dövlət aparatının ixtisarına dair proqramı çərçivəsində media orqanlarında təxminən 1400 əməkdaş ixtisar edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 İyun 2025 03:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















