Tramp “Antifa”nı terror təşkilatı kimi tanıyan sərəncam imzaladı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Amerika antifaşist hərəkatını (“Antifa”) terror təşkilatı kimi tanıyan sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müvafiq sənədi Ağ Evin mətbuat xidməti yayıb.
“Antifa” açıq şəkildə ABŞ hökumətini, hüquq-mühafizə orqanlarını və hüquq sistemini devirməyə çağıran militarist, anarxist təşkilatdır”, - sərəncamda deyilir.
Sənəddə həmçinin qeyd olunur ki, bu qərar “Antifa” tərəfindən siyasi fəaliyyəti yatırmaq, qanunu və asayişi pozmaq üçün istifadə etdiyi iddia edilən “siyasi zorakılıq modeli” ilə bağlıdır.
Qeyd edək ki, sentyabrın 18-də Tramp “Antifa” hərəkatını terrorçu elan edəcəyini açıqlayıb və onları maliyyələşdirənləri araşdırmaqla hədələyib.
Xatırladaq ki, ABŞ-dəki “Antifa” hərəkatı vahid mərkəzləşdirilmiş təşkilat deyil. Termin anarxist inanclara sadiq olan şəxsləri təsvir etmək üçün istifadə olunur.
Bu mövzuda digər xəbərlər:Macarıstan Antifa nı terror təşkilatı elan etdi
26 Sentyabr 2025 14:56
Tramp ABŞ dəki radikal solçu “Antifa”nı rəsmi terror təşkilatı elan edib
23 Sentyabr 2025 11:11
ABŞ “Antifa” nı beynəlxalq terror təşkilatları siyahısına daxil edəcək
09 Oktyabr 2025 04:49
Tramp Antifa hərəkatını terror qruplaşması elan edib
18 Sentyabr 2025 10:12
Çarli Kirkin ölümündən sonra “Antifa” hərəkatı ABŞ da terror təşkilatı kimi tanına bilər
16 Sentyabr 2025 02:25
Baxış sayı:34
Bu xəbər 23 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















