Icma.az
close
up
RU
Tramp aparıcını təhqir edib KONKRET

Tramp aparıcını təhqir edib KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin daxili siyasi mühitində media və hakimiyyət qarşıdurması növbəti dəfə pik həddə çatıb. Ağ Ev rəhbəri Donald Tramp NBC telekanalının məşhur “Meet the Press” verilişinin aparıcısı Kristen Uelkerlə (Kristen Welker) kəskin söz davasına çıxaraq çəkilişi vaxtından əvvəl tərk edib.

KONKRET.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp canlı yayımda aparıcının ünvanına sərt və təhqiramiz ifadələr səsləndirib:

“Siz ya korrupsionersiniz, ya da sadəcə axmaq… Sizin seçkiləriniz saxtalaşdırılıb, özünüz korrupsiyaya uğramısınız, ‘Meet the Press’ verilişi də korrupsionerdir. Eləcə də ABC, CBS və CNN – hamısı qərəzli, satqın teleradio şəbəkələridir. Bu yerdə bitirək, mənim üçün bəsdir. Sağ ol, əzizim. Mən sizinlə bərabər bütöv bir saatı yağışın altında oturmuşam. Gah leysan yağır, gah gün çıxır, mən isə burada yağışın altında qalmışam – sizə kifayət qədər vaxt ayırdım. Mətbuatınızı qaydaya salmağın vaxtı çoxdan çatıb, çünki bilirsiniz nə var? Ölkədə yalançı mətbuat olduqca, bu dövlət heç vaxt çiçəklənə bilməz”.

Məlumata görə, dövlət başçısının qəzəbinə səbəb aparıcının onun səsləndirdiyi iddiaları canlı yayımda ard-arda təkzib etməsi (fact-check) olub. Belə ki, Tramp ənənəvi olaraq Co Baydenə uduzduğu 2020-ci il prezident seçkilərinin, eləcə də Kaliforniya ştatındakı səsvermə prosesinin tamamilə saxtalaşdırıldığını sübut etməyə çalışıb.

Lakin teleaparıcı onun bu iddiaları ilə razılaşmayaraq, dövlət başçısından rəsmi və konkret sübutlar tələb edib. Kristen Uelkerin faktlarla təzyiq göstərməsi qarşısında cavab tapa bilməyən Tramp telekanalı qeyri-obyektivlikdə və hadisələri birtərəfli işıqlandırmaqda ittiham edərək müsahibəni vaxtından əvvəl sonlandırıb.

Natiq Səlim,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 İyun 2026 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see272

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see264

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see257

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see247

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see245

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see245

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see241

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see237

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see235

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see231

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see229

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see217

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see217

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see213

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see211

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see209

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see208

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see206

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see205

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri