Icma.az
close
up
RU
Tramp artıq Avropanı Ukrayna ilə birlikdə tək buraxmaq niyyətindədir ŞƏRH

Tramp artıq Avropanı Ukrayna ilə birlikdə tək buraxmaq niyyətindədir ŞƏRH

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"ABŞ ilə Avropa ölkələri arasında çox ciddi narazılıq var. ABŞ Ukraynaya yardımlarını tamamilə dayandırıb. Avropa ölkələri isə dünən London sammitində yeni bir qərarla Ukraynanı dəstəkləməyə davam edirlər".

Bu fikirləri Redaktor.az-a politoloq Samir Hümbətov ABŞ və Avropa ölkələri arasındakı münasibəti şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Rusiya Ukraynadan sonra növbəti hədəf kimi Avropanın digər ölkələrinə də aqressiya nümayiş etdirə bilər:

"Düşünürəm ki, Avropa ölkələrinin Ukraynaya dəstəyi heç də Tramp dövründə Avropa-ABŞ münasibətlərinə müsbət təsir göstərməyəcək. Amma nəticədə Avropa özünə təminat vermək istəyir. İstəyir ki, ABŞ təminat versin. Trampın addımları, söylədiyi fikirlər onu deməyə əsas verir ki, Tramp artıq Avropanı Ukrayna ilə birlikdə tək buraxmaq niyyətindədir. Müəyyən mənada Avropada ABŞ-nin təsir imkanları da yavaş-yavaş azalmağa doğru gedəcək. NATO çərçivəsində Avropa İttifaqına təzyiq edir ki, onlar xərcləri artırsınlar".

 Politoloq qeyd etdi ki, Avropa ölkələri Ukraynaya yardımı müəyyən dövr ərzində davam etdirə bilərlər.

"Böyük Britaniyanın burada təşəbbüsü olacaq. Avropa ölkələrinin dəstəyinin Ukrayna üçün nə qədər yetərli olacağı sual altındadır. Böyük ehtimalla bu problemlər qarşıdakı dövrdə müsbət və ya mənfi olaraq Avropa İttifaqının, Ukraynanın və ABŞ-nin qarşısında duran əsas məsələlərdən biri olacaq. ABŞ dəstəyini davam etdirməyəcəyini açıq elan edib. Hesab edirəm ki, gərginlik yaşanacaq. Qərb arasında parçalanma artıq indidən görünür. Qarşıdakı dövrdə Ukraynaya münasibətdə Qərb fərqli mövqe tuta bilər", - deyə S.Hümbətov vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Mart 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri