Tramp avqustun 1 dən Serbiyadan idxala 35% rüsum tətbiq edəcəyini açıqlayıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ avqustun 1-dən Serbiyadan idxala 35% gömrük rüsumunun tətbiq edilməsinə qərar verib.
APA xəbər verri ki, bununla bağlı ABŞ prezidenti Donald Tramp “Truth” hesabında məlumat verib.
O bildirib ki, Serbiya hökuməti Vaşinqtona qarşı cavab rüsumları tətbiq etmək qərarına gəlsə, ABŞ Serbiya ilə bağlı rüsum dərəcəsini artıracaq.
Bu artım, Belqradın təyin etmək qərarına gəldiyi məbləğ qədər artacaq.
Bundan əlavə, Tramp Tunis (25%), Bosniya və Herseqovina (30%), İndoneziya (32%), Banqladeş (35%), Kamboca (36%) və Tailand (36%) liderlərinə rüsumların tətbiqi ilə bağlı bildirişlər göndərib.
O həmçinin Qazaxıstan, Koreya Respublikası, Yaponiya və Malayziyadan idxala 25%, Cənubi Afrikadan idxala 30%, Laosdan idxala 40%, Myanmadan idxala isə 40% rüsum tətbiq edildiyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 08 İyul 2025 04:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















