“Tramp Avropaya Donbası Rusiya kimi tanımağı təklif edir” NYT
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra Avropa liderlərinə Ukraynanın Donbasın bütün ərazisini, o cümlədən rus qoşunları tərəfindən hələ də azad edilməmiş əraziləri Rusiyaya verməsini nəzərdə tutan sülh planı təklif edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Tramp hesab edir ki, Volodimir Zelenski Donbasın qalan hissəsini Rusiyaya verməyə razılaşarsa, tezliklə sülh razılaşması əldə oluna bilər. Bunun müqabilində hazırkı cəbhə xəttində atəşkəs olacaq və həm Kiyev, həm də Avropa üçün təhlükəsizlik zəmanətləri qüvvədə olacaq.
Qeyd edək ki, Tramp Putinlə görüşü gözəl və məhsuldar adlandırıb. Bundan sonra o, Volodimir Zelenskiyə və Aİ ölkələrinin liderlərinə, NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə zəng edib. Sammitdən və telefon danışıqlarından sonra Tramp deyib ki, çox vaxt müşahidə olunmayan atəşkəs yaratmaqdansa, dərhal sülh sazişinin bağlanmasına keçmək daha yaxşıdır. Onun sözlərinə görə, həmsöhbətlərinin hamısı bununla razılaşır.
Bu mövzuda digər xəbərlər:Dəhşətli iddia: ABŞ Avropaya Krımı Rusiya kimi tanımağı təklif edəcək
22 Aprel 2025 22:21
Rusiya Donbası niyə israrla istəyir?
01 Oktyabr 2025 22:55
Putin razılaşmasa, Tramp Donbası ondan alacaq KİV
07 Fevral 2025 21:12
Tramp Avropaya təzyiqi artırır
24 May 2025 12:10
ABŞ görüş üçün İSRAR EDİR Rusiya isə Donbası “şumlayır”
28 Yanvar 2025 14:14
Baxış sayı:84
Bu xəbər 16 Avqust 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















