Icma.az
close
up
RU
Tramp avtomobil istehsalçılarını qorxuya saldı Zavodlar ABŞyə köçürüləcək

Tramp avtomobil istehsalçılarını qorxuya saldı Zavodlar ABŞyə köçürüləcək

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Donald Trampın açıqlamaları böyük ixrac imkanları olan avtomobil və onların ehtiyat hissələrinin istehsalçılarını qorxuya salıb.

Sfera.az xatırladır ki, Tramp daxili bazarı qorumaq üçün bəzi ölkələrdən idxal edilən mallara qarşı idxal tariflərini artıracağını bəyan edib.

Ekspertlərin qiymətləndirməsinə görə, tariflərin artırılmasından ən çox zərər çəkəcək sahələr arasında avtomobil sənayesi də var. Mümkün risklərdən yayınmaq üçün bəzi iri istehsalçılar ABŞ-də istehsal müəssisələri yaratmağı düşünürlər. Tramp prezident vəzifəsinin icrasına başlayandan sonra Çindən idxala 60 faiz, Kanada və Meksikadan idxala 25 faiz, digər ölkələrdən idxala isə 10 faiz rüsum tətbiq edəcəyini bildirib.

Bu cür yüksək tariflər daha ucuz bazarlarda istehsal olunan bir çox avtomobil hissələrini gəlirsiz edəcək və məhsulların ABŞ-dən atılmasını praktiki olaraq qeyri-mümkün edəcək.

Dünyanın ən böyük avtomobil hissələri tədarükçüsü olan “Bosch”un Şimali Amerika üzrə prezidenti Pol Tomas “Reuters” agentliyinə bununla bağlı öz narahatlığını ifadə edib:

"Biz satışların azalmaması üçün Tramp vəzifəyə başlamazdan əvvəl bir neçə variantı nəzərdən keçirmişik. Əvvəl Malayziyada və ya digər oxşar bazarlarda istehsal etməyi düşündüyümüz məhsulları artıq Meksika və ya Braziliyada istehsal etməyi nəzərdən keçiririk. “Bosch” hər hansı bir böyük qərar qəbul etməzdən əvvəl nə baş verdiyini görmək üçün yanvarın 20-nə qədər gözləyəcək. Bu, digər təchizatçılar və avtomobil istehsalçıları tərəfindən də səslənən bir fikirdir”.

Xatırladaq ki, Trampın ilk prezidentliyi dövründə ayrı-ayrı ölkələrə və hətta ayrı-ayrı avtomobil istehsalçılarına ABŞ-də istehsalı artırmağa həvəsləndirmək üçün tarif təzyiqindən istifadə etdi.

“Toyota” 2017-ci ilin əvvəlində amerikalı istehlakçılar üçün Meksikada “Corolla” sedanı istehsal etməyi planlaşdırdığını elan edəndə Tramp "Tvitter"də bunları yazıb:

“YOX! ABŞ-də zavod tikin və ya böyük bir sərhəd vergisi ödəyin."

Bir il sonra “Toyota” Alabamada Mazda ilə 1,6 milyard dollar dəyərində ortaq zavod açacağını elan edib və Tramp bunu “qələbə” adlandırdı. Ekspertlər oxşar təzyiqlərin ikinci prezidentli dövründə də tətbiq ediləcəyinə inanırlar.

Vasif

Sfera.az                                

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sfera.az
archiveBu xəbər 09 Yanvar 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri