Icma.az
close
up
RU
Tramp Azərbaycan Ermənistan sülhündən danışdı ABŞ nin niyyəti nədir?

Tramp Azərbaycan Ermənistan sülhündən danışdı ABŞ nin niyyəti nədir?

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən danışıb.

Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla həll olunacağını deyib.

Trampın bu açıqlaması nəyi ehtiva edir? Həqiqətən də tərəflər arasında son görüşdən sonra sülh yaxındırmı?

Sözügedən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ Prezidenti Donald Trampın Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesinin yüksək qiymətləndirməsi təqdirəlayiq hadisə olduğunu bildirib.

Deputatın sözlərinə görə, heç şübhəsiz ki, ABŞ dünya siyasətini müəyyən edən əsas dövlətlərdən biridir:

“Regionda sülhün təşəkkülü məsələsinin onun siyasi gündəmində yer alması və bu mövzuya diqqət yetirməsi müsbət haldır. Nəticə etibarilə, Azərbaycan da sülh tərəfdarıdır”.

H.Babaoğlu qeyd edib ki, Əbu-Dabidə keçirilmiş son ikitərəfli görüşdən sonra Azərbaycan və Ermənistan, məhz Bakının təşəbbüsü ilə irəli sürülmüş sülh konsepsiyasını müzakirə edərək, sülh yolunda son maneələri aşmağa və yekun razılaşmaya yaxınlaşmağa nail olublar: 

“Görünür, ABŞ Prezidenti də məhz bunu nəzərdə tutaraq ümid etdiyini bildirib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması bütövlükdə regiona sabitlik və rifah gətirəcək. Bu, həqiqətən də belədir. Bu fikirdə həqiqət var. Çünki hələ müharibə gedərkən belə, Azərbaycan sülhdən danışırdı və müharibədən dərhal sonra ədalətə və beynəlxalq hüquqa əsaslanan sülh konsepsiyasını irəli sürmüşdü. Bu fakt hamıya bəllidir. Təəssüf ki, Ermənistanın bunu qəbul etməsi üçün illərlə vaxt tələb olundu”.

Millət vəkili artıq beş ilə yaxındır ki, bu məsələnin müzakirə olunduğunu və nəhayət, sülhün son akkordlarının vurulmaqda olduğunu əlavə edib. 


Onun fikrincə, Əbu-Dabidə baş tutan görüşdən sonra isə yekun razılaşmanın əldə olunması daha real görünür:

“Ona görə də düşünmək olar ki, nə sülh, nə də müharibə vəziyyəti uzun müddət davam edə bilər. Məncə, Ermənistan da anlayır ki, qarşıdakı bir il ərzində sülhlə bağlı konkret nəticə əldə edilməlidir. Əks təqdirdə, hadisələrin yenidən gərginləşməsi və müxtəlif mərhələlərə keçməsi riski ortaya çıxa bilər ki, bu, nə Ermənistan, nə də Azərbaycan üçün arzuolunandır. Məhz bu səbəbdən sülh razılaşması əldə olunmalıdır”.

Fidan Hacızadə
Sfera.az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyul 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri