Icma.az
close
up
RU
Tramp Azərbaycan səfirini qəbul edə bilər

Tramp Azərbaycan səfirini qəbul edə bilər

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın Vaşinqtondakı səfiri Narek Mkrtçyan Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşüb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat yayıb.

Məlumata görə, yeni təyin olunmuş səfirlər üçün tədbir çərçivəsində keçirilən görüşdə Narek Mkrtçyan ABŞ Prezidenti Donald Trampa Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün göstərdiyi ardıcıl səylərə, eləcə də avqustun 8-də Ağ Evdə imzalanmış tarixi sazişə və sənədlərə görə minnətdarlığını bildirib. 

Öz növbəsində, ABŞ Prezidenti Donald Tramp Ermənistan xalqını təbrik edərək, onların davamlı sülhə layiq olduğunu vurğulayıb və sülh prosesinə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləyib.

Prezident Donald Tramp Paşinyanın liderliyini və sülh prosesindəki mühüm rolunu xüsusilə qeyd edib. O, Paşinyana yüksək hörmətinin əlaməti olaraq üzərində şəxsi imzası olan hədiyyə də təqdim edib.

Qeyd edək ki, dekabrın 22-də Azərbaycanın və Ermənistanın Vaşinqtondakı səfirləri Xəzər İbrahim və Narek Mkrtçyan “TRIPP layihəsi”ni müzakirə ediblər.

Amerika Birləşmiş Ştatları - Azərbaycan Ticarət Palatasının açıqlamasına görə, Vaşinqtondakı Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan səfirləri, ABŞ-nin yüksək vəzifəli hökumət rəsmiləri və biznes nümayəndələri ilə birlikdə “TRIPP layihəsi” ilə bağlı “dəyirmi masa” müzakirəsində iştirak ediblər.

Tədbirdə “Tramp marşrutu”nun regional əlaqələrin gücləndirilməsində və “Orta Dəhliz” boyunca davamlı iqtisadi mövcudluğunun yaradılmasında ABŞ-nin rolu müzakirə olunub.

Azərbaycan və Ermənistan səfirlərinin görüşünündən dərhal sonra Prezident Trampın Narek Mkrtçyanı qəbul etməsi bu görüşün yalnız yeni səfirlərin təyinatı ilə bağlı olduğunu, yəni protokol xarakteri daşımadığını göstərir.

Ona görə də ABŞ Prezidentinin Azərbaycanın Vaşinqtondakı səfirini də qəbul edəcəyi istisma olunmur. Tramp administrasiyasının Azərbaycanla Ermənistan arasında sülh prosesi və kommunikasiyaların açılması yönündə intensiv danışıqlar aparması ABŞ-nin regiona marağının artmasından xəbər verir.

ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinin vaxtından əvvəl geri çağılmasının səbəbləri ilə bağlı Dövlət Departamentinin açıqlaması bu fikri bir daha təsdiq edir. Donald Tramp 29 ölkədə, o cümlədən Ermənistanda Co Baydenin prezidentiliyi dövründə təyin edilmiş səfirləri geri çağırmaq qərarını xaricdə özünün “Hər şeydən öncə Amerika” şüarını tam dəstəkləyən diplomatlara sahib olmaq istəyi ilə izah edib.

Bu isə Cənubi Qafqazda, eləcə də Ermənistanda ABŞ-nin maraqlarının Tramp administrasiyası üçün siyasi prioritet təşkil etdiyini göstərir.  Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin ABŞ-dəki səfirlərinin bir araya gəlməsi, ardınca isə Prezident Trampla Narek Mkrtçyanın sülh prosesini, həmçinin “TRIPP layihəsi”ni müzakirə etməsi Vaşinqtonun “Orta Dəhliz”ə əsas nəzarətçi olmaq iddiasından geri çəkilmədiyindən xəbər verir. 

Bu kontekstdə politoloq Suren Sarkisyanın açıqlaması diqqəti cəlb edir. Ekspert qeyd edir ki, gələn ilin əvvəli Ermənistanda Amerika siyasətinin həyata keçirilməsi baxımından son dərəcə aktiv olacaq:

“Məndə olan məlumata görə, fevral ayında çox yüksək vəzifəli bir məmurun səfəri gözlənilir. “Tramp marşrutu”nun (Tramp administrasiyası ilə ünsiyyət kanalı) formal olaraq açılışı ola bilər”, - deyə Sarkisyan bildirib.

Qeyd edək ki, 2026-cı ildə Zəngəzur dəhlizinin inşası və idarəolunması ilə bağlı Ermənistanla ABŞ arasında yaradılacaq birgə şirkətin qeydiyyatdan keçməsi gözlənilir.

Bundan sonra isə “Tramp marşrutu”ndan keçən avtomobil və dəmir yollarının bərpasına başlanılacaq. Təməlqoyma mərasimində ABŞ Dövlət katibi və ya onun müavininin iştirakı mümkündür.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Tramp qəbul

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Dekabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri