Icma.az
close
up
RU
Tramp Azərbaycanla Ermənistan arasında sülhə nail ola bilərmi? (ŞƏRH)

Tramp Azərbaycanla Ermənistan arasında sülhə nail ola bilərmi? (ŞƏRH)

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tramp israr etsə belə, sülh müqaviləsinin yaxın bir neçə ildə imzalanması mümkün görünmür. O, sadəcə olaraq, bəyanatlar verir. Amma bu bəyanatlarının real siyasətlə nə dərəcədə ayaqlaşdığı bir qədər sual doğurur".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-ın yeni prezidenti Donald Trampın dəstəyilə Bakı ilə İrəvan arasında bu il sülh müqaviləsinin imzalanacağı barədə səslənən proqnozları şərh edərkən deyib. 

Həmsöhbətimiz bildirir ki, bəzi ekspertlər ABŞ-ın yeni prezidenti Donald Trampın imkanlarını həddən artıq şişirdir:

"Trampın dövlətlərarası münasibətlərdə bu qədər təsir gücünə malik olduğunu düşünmürəm. Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tək ABŞ faktoru ilə əlaqələndirilə bilməz. Ermənistan-Azərbaycan münaqişəsində İrəvandan öndə duran dövlətlər var və bu dövlətlər təkcə ABŞ deyil. Burada Fransa, Rusiya, İran və digər siyasi aktorlar da yer alır. Onlar subliminal şəkildə, bəzən hətta birbaşa mesaj göndərirlər ki, sözügedən münaqişədə Ermənistanla Azərbaycan sadəcə tərəfdir, icraçıdır və münaqişə onların münaqişəsi olduğundan sülh də onların olmalıdır. Bu baxımdan, hətta Tramp israr etsə də belə, sülh müqaviləsinin yaxın bir neçə ildə imzalanması proqnozlaşdırılmır".


Həmsöhbətimizə görə, burada səslənən "Tramp israr etsə" ifadəsi də real siyasətə uyğun gəlmir:

"Çünki Azərbaycanın öz milli maraqları var. Dövlət maraqlarımıza uyğun olmayan heç bir sülh müqaviləsi Azərbaycan tərəfindən qəbul edilməyəcək. Bununla bağlı Azərbaycan dəfələrlə öz iradəsini ortaya qoyub. Tramp nə qədər israr etsə də, sülh sazişi ölkəmizin milli maraqlarına cavab verməsə, Azərbaycanı ona məcbur etmək mümkünsüzdür".

Ekspertin fikrincə, Ermənistanın hazırki hakimiyyəti də sülh müqaviləsinə hazır deyil:

"Paşinyan iqtidarı legitim hakimiyyət olsa da, nüfuz hakimiyyətinə malik deyil. Paşinyan bunu istəsə də belə, bu imkanda, onu etmək iqtidarında deyil. Çünki sülh müqaviləsinin belə bir reallıqda bağlanması erməni kilsəsi, lobbisi və münaqişədə marağı olan dövlətlər tərəfindən arzuolunan deyil. Münaqişədə maraqlı olan dövlətlər müqavilədə öz maraqlarının təmin olunmasını da istəyir. Azərbaycan isə bunu qəbul edə bilməz. Ermənistan isə xaricin əlində alət olaraq alır".

Konfliktoloq deyir ki, Azərbaycan sülh müqaviləsiz də keçinə bilər:

"Çünki ərazi bütövlüyü və suverenliyinə nail olub. Qarşıda əsas hədəflər Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıtmasıdır. Digər məsələlər də ATƏT-in Minsk qrupunun ləğvi və Avropa missiyası adı ilə sərhəddə yerləşən kontingentin vaxtının uzadılmasının qarşısının alınması məsələləridir. Ermənistanda suveren iradəyə malik, kənar aktorlara təsir gücündə olan hakimiyyət olarsa, bu halda sülh müqaviləsi bağlamaq mümkündür. Lakin Ermənistanda belə bir rasional lider hələlik yoxdur".

Sülh müqaviləsilə paralel Ermənistan Türkiyə sərhədinin açılmasına gəldikdə, Üzeyir Şəfiyev qeyd edir ki, Bakı Ankara ilə bu istiqamətdə kordinasiyalı şəkildə fəaliyyət göstərir:

"Azərbaycanın şərtləri İrəvan tərəfindən qəbul olunarsa, Bakı bölgə ölkələri, o cümlədən Türkiyə ilə Ermənistan arasında iqtisadi əməkdaşlığın olmasında da maraqlıdır. Trampın siyasi aktor kimi təsirini bu dərəcədə idealizə etmək yersizdir".

Qeyd edək ki, ReAL Partiyasının sədri Natiq Cəfərli Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ABŞ-nin yeni prezidenti Donald Trampın dəstəyi ilə imzalanacağını bildirib. Müqavilənin 2025-ci il ərzində imzalanacağını proqnozlaşdıran partiya sədri hətta düşünür ki, Tramp israr etsə, sülh imzalanmasına "yox" deyilməyəcək: "Düşünürəm ki, sülh müqaviləsinin imzalanması çox yaxındır. Müqavilə və ya ən azı çərçivə sazişi Trampın dəstəyi və ya ABŞ-nin moderatorluğu ilə bu il imzalanacaq. Yəni Tramp israr etsə, "yox” deyilməyəcək. Hətta çox güman ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına dair sənəd də eyni gündə imzalanacaq".

Rüfət Sultan


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri