Tramp bağlı qapılar arxasında Zelenskini hakimiyyətdən getməyə məcbur edir
Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp Ukrayna dövlət başçısı Volodimir Zelenskinin hakimiyyətdə olduğu müddətdə Kiyevə silah tədarükünü dayandırmağı düşünür.
Missiya.Az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məqalə yazıb.
“Qapalı qapılar arxasında Tramp qəsdən Zelenskini siyasi təzyiq vasitəsilə Ukrayna Prezidenti postundan getməyə məcbur etməyə çalışır. Nə qədər ki, 47 yaşlı adam hakimiyyətdədir, Kiyev üçün daha yeni Amerika silahı olmayacaq”, - deyə vurğulanıb.
Qeyd olunub ki, onlar artıq Zelenskini əvəz edəcək adam axtarmağa başlayıblar.
Mənbənin yazdığına görə, favoritlər arasında 2007-2010-cu illərdə Ukraynanın Baş naziri olmuş Yuliya Timoşenko və keçmiş Prezident Petro Poroşenko da var.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 10 Mart 2025 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















